1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” istehsalatda baş vermiş ölüm hadisəsinə görə 32 min manatlıq birdəfəlik ödəniş həyata keçirib
04.09.2013

Baki, Finance Time. Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli ödənişini həyata keçirib.

Şirkətin Marketinq, planlaşdırma və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “PAŞA Həyat” tərəfindən sığortalı müəssisənin işçisi istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib və bu sığorta hadisəsinə görə, şirkət tərəfindən sığorta olunmuş şəxsin ailəsinə 32,033 min manata yaxın birdəfəlik ödəniş edilib.

Qeyd edək ki, 2013-ci ilin əvvəlindən başlayaraq “PAŞA Həyat”da istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödəniş halları artıb. Belə ki, təkcə bu ilin yanvar-avqust aylarında (sonuncu ödəniş də daxil olmaqla) sözügedən sığorta növü üzrə 458,412 min manata yaxın sığorta ödənişi həyata keçirilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,6 dəfə çoxdur. 

“PAŞA Həyat Sığorta” ASC 2010-cu il noyabr ayının 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Bu ilin yanvar- iyul aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 17,986mln. manat, ödənişləri isə 495 min manata yaxın olub. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,200 mln. manat təşkil edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment