1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Azərbaycan Dövlət Neft Şirkəti «Yay Məktəbi-2013» layihəsinə başlayıb
26.08.2013

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) İnsan resursları Departamenti 2010-cu ildə başladığı SOCAR Yay Məktəbi Proqramının davamı olaraq «SOCAR Yay Məktəbi-2013» layihəsinə start verib.

«
APA-Economics»in məlumatına görə, ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, keçirilən müsabiqə nəticəsində yay məktəbi proqramına 276 nəfər tələbə cəlb olunub. Burada yaxşı oxuyan tələbələr sonradan Türkiyədə «Petkim» zavodunda 4 günlük təcrübəyə göndəriləcək: «Çalışacağıq ki, ən yaxşı tələbələri neftçi ailəsinə cəlb edək, onlara neftçi peşəsi verək. Çünki son zamanlar neftçi peşəsinə yiyələnmək istəyənlərin sayı artıb».

X.Məmmədov bildirib ki, Bakı Ali Neft Məktəbinə daxil olan tələbələrdən biri qəbul imtahanlarında 637 bal toplayıb: «Gənclər SOCAR-ın layihələrinə inanır və SOCAR-ın layihələrində iştirak etmək istəyirlər».

Onun sözlərinə görə, ARDNŞ da öz növbəsində bütün imkanlarından istifadə edəcək ki, ölkədə ən istedadlı tələbələri bu layihələrə cəlb etsin və onlara Dövlət Neft Şirkətində geniş imkanlar açsın.

Şirkət rəsmisi qeyd edib ki, ARDNŞ-ə işə qəbul ancaq bilik və savad əsasında aparılır: «Bu gün SOCAR-ın Yay Məktəbində 2 nəfər xaricdə təhsil alan tələbələr var. Bu da olduqca yaxşı göstəricidir. Biz bu tələbələrə şirkətimizin gələcəyi kimi baxırıq. Güman edirəm ki, bu tələbələrin burada əldə etdiyi təcrübə də onlara həyatda irəli gedə bilməsi üçün böyük imkanlar verəcək».

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment