1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Valyuta birjası


Cari ilin iyul ayında xarici valyutalar üzrə elektron ticarətin həcmi BBVB-də 50,974 mln. manat təşkil edib
06.08.2013

Baki, Finance Time. 2013-ci il iyul аyının yекunlаrınа görə, Bакı Bаnкlаrаrаsı Vаlyutа Birjаsı (BBVB) onun vаlyutа bölməsində USD/AZN aləti üzrə кеçirilən hərrаclаrda 11 bаnк iştirак еdib. Birja Elektron Ticarət Sistemində ("BEST") hesabat ayında 46 ticarət sessiyası keçirilmiş və 29 əqd qeydə alınmışdır. Hərracların ümumi həcmi 50,974 milyon manat və yaxud dollar ekvivalentində 65,000 milyon təşkil etmişdir.

Hesabat ayında valyuta seksiyasının USD/AZN_TOD üzrə hərracların həcmi 46,262 milyon manat və yaxud dollar ekvivalentində 59,000 milyon təşkil etmişdir.

Həmçinin, Swap_USD/AZN_TOD_1Week aləti üzrə dövriyyə 4 712 400 manat və ya dollar ekvivalentində 6,0 milyon təşkil edib. Qeyd edək ki, bu alət üzrə dolların manata görə orta ölçülmüş məzənnəsi 0,7854 manat təşkil edib.

Cari ilin İyun ayı ilə müqayisədə valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 13,937 mln. manat və yaxud 38% artmışdır.

Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,826 milyon dollara çatmışdır, halbuki, hər əqdin orta həcmi 2,241 milyon dollar təşkil etmişdir.

Qеyd еdəк кi, hеsаbаt аyındа birjаdа Аzərbаycаn mаnаtının USD/AZN_TOD aləti üzrə АBŞ dоllаrınа qаrşı məzənnəsi 0,05% düşüb - hər USD görə 0,7831-dən 0,7835 AZN qədər. Milli vаlyutаnın АBŞ dоllаrınа nisbi оrtаölçülü birjа məzənnəsi İyul аyındа 0,7841 АZN bərаbər оlub.

2013-cü ilin iyul ayının nəticələrinə əsasən BEST sistemi çərçivəsində fəaliyyət göstərən Mütəşəkkil Banklararası Kredit Bazarında (MBKB) hərracların ümumi həcmi manat ekvivalentində 2 milyon təşkil etmişdir.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən cari ilin iyul ayında 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 10,25%, ABŞ dolları üzrə isə 11,24% təşkil edib. BakİBİD tarifi 90 günlük müddətində manatla illik 4,38% və ABŞ dolları ilə 4,23% təşkil etmişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment