Baki, Finance Time. Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 23 iyul tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,7835 AZN təşkil edib.
BEST sistemində keçirilən SƏHƏR SESSİYASININ açılış məzənnəsi hər ABŞ dollara görə 0,7835 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər bağlanılmayıb. Sessiyanin nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,7835 AZN təşkil edib.
BEST-in GÜNDÜZ SESSİYASINDA USD/AZN T+0 aləti üzrə bağlanılan banklarаrası əqdlərin həcmi 1 968 844 AZN təşkil edib. Sessiyanin nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,7835 AZN təşkil edib.
Beləliklə hər iki sessiyasinin nəticələrinə görə "Birja Elektron Sistemində Ticarət" ümumi həcmi USD/AZN aləti üzrə $ 2 510 000 ABŞ dolları və ya 1 968 844 AZN təşkil edib.
SWAP_USD/AZN_TOD_1 MONTH aləti üzrə bağlanılan banklarаrası əqdlərin həcmi $ 6 000 000 ABŞ dolları və ya 4 712 400AZN təşkil edib, manatın orta məzənnəsi dollara nisbətən 0,7854 AZN təşkil edib.
AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
EUR/USD_TOD, EUR/USD_TOM alətləri üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilib, amma əqdlər bağlanılmayıb.
BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 10,00%, ABŞ dolları üzrə isə illik 11,17% təşkil edib.
Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.