1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


«PASHA Həyat Sığorta» şirkəti könüllü sığorta sahəsində fəaliyyətini gücləndirir
19.07.2013

Azərbaycanın «PASHA Həyat Sığorta» şirkətinin 2013-cü ilin yanvar-iyun ayları ərzində yığımlarının həcmi 16,165 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 84,9% çoxdur. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə şirkətin yarımillik fəaliyyətinə həsr olunmuş bugünkü mətbuat konfransında bildirilib.

Eyni zamanda, hesabat dövrü ərzində şirkətin sığorta ğdənşilərinin həcmi 445 min manata bərabər olub ki, bu da illik müqayisədə 3,5 dəfə çoxdur. Azərbaycan sığorta bazarında şirkətin yığımlar və ödənişlər üzrə bazar payı müvafiq olaraq 8,2% və 0,8% təşkil edib.

Milli sığorta bazarında həyat sığortası ilə məşğul olan üç ixtisaslaşmış şirkət tərəfindən yığılmış sığorta haqlarının 44,2%-i «PASHA Həyat Sığorta»nın payına düşür. Ödənişlər üzrə bu göstərici 22,4%-ə, nizamnamə kapitalı üzrə isə 73,7%-ə bərabərdir. Qeyd edək ki, şirkətin nizamnamə kapitalı hazırda 25,2 mln. manat təşkil edir.

Mətbuat konfransda çıxış edən şirkətin risklərin idarə edilməsi şöbəsinin müdiri Pərviz Quliyev bəyan edib ki, şirkət ilkin planlarında 2013-cü ildə yığımları 17 mln. manata çatdırmağı nəzərdə tuturdu. Lakin göründüyü kimi, bu hədəfə artıq, demək olar ki, nail olunub və yenilənmiş proqnozlara görə, şirkətin yığımları üzrə gözləntilər 21 mln. manat səviyyəsində ehtimal olunur. Ümumiyyətlə, şirkətin 2015-ci ilə qədər nəzərdə tutulmuş strateji inkişaf planına görə, 2015-ci ilin sonuna bu göstəricinin 35 mln. manata çatdırılması planlaşdırılır.

Şirkətin yaxın dövr üçün inkişaf perspektivlərindən danışan P.Quliyev bildirib ki, hazırda bunun iki əsas istiqaməti var. Bu, yaşam sığortası və bank borcalanlarının sığortası sahələrinin daha da inkişaf etdirilməsi ilə bağlı olan istiqamətlərdir. «Bu sahələrdə böyük potensial var», - deyən P.Quliyevin sözlərinə görə, şirkət fərdi müştərilərin cəlb edilməsi istiqamətində fəaliyyətini gücləndirmək niyyətindədir.

R.Quliyev həmçinin bildirib ki, hazırda icbari həyat sığortası üzrə bazarın potensial imkanları artıq maksimumuna çatmaqdadır və bu səbəbdən «PASHA Həyat Sığorta» ilk növbədə könüllü sığorta növləri üzrə işini gücləndirir.

Qeyd edək ki, bu ilin ilk yarısında şirkətin daxilolamlarının strukturunda 52,2% könüllü, 47,8% isə icbari sığortanın payına düşür.

www.apa.az

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment