1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Azərbaycan Dövlət Neft Fondunun aktivləri 34,7 mlrd. dollara çatıb
18.07.2013

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan DövləNeft Fondunun (ARDNF) büdcə gəlirləri 6 726,4 mln. manat, büdcə xərcləriisə 5 791,2 mln. manat təşkil edib.

Fonddan «APA-Economics»ə verilən məlumata görə, 2013-cü ilin ilk 6 ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 488,7 mln. manat, o cümlədən mənfəət neftin və qazın satışından 6 482,8 mln. manat, akrhesabı ödənişlər 1,7 mln. manat, tranzit gəlirləri 3,9 mln. manat, bonus ödənişləri 0,3 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlər 0,04 mln. manat təşkil edib.

İlk yarımillik ərzində Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 237,7 mln. manat olub.

Hesabat dövrü ərzində ARDNF-in 2013-cü il büdcəsinin icrası çərçivəsində 5 534,6 mln. manat həcmində vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 157,5 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 74,0 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 2,9 mln. manat, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə 6,3 mln. manat yönəldilib.

Hesabat dövründə Fondun idarə edilməsi ilə bağlı xərclər 15,9 mln. manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərci 521,6 mln. manata bərabər olub.

Nəticədə, iyulun 1-nə Fondun aktivləri 2013-cü ilin əvvəlinə (34 129,4 mln. dollar) nisbətən 1,6% artaraq 34 678,4 mln. dollara bərabər olub.

Qeyd edək ki, 2012-ci ildən etibarən Dövlət Neft Fondu qızılın alınmasına başlayıb və bu ilin iyulun 1-nə Fond tərəfindən alınmış qızılın miqdarı 22 399 kq (720 146 troya unsiyası) təşkil edib.

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment