1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Bakıda beynəlxalq sığorta forumu keçirilir
20.06.2013

Baki, Finance Time. Mərasimdə Azərbaycan Respublikası Maliyyə Naziri Samir Şərifov, Azərbaycan Respublikası Maliyyə Nazirinin müavini Azər Bayramov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov, Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov, həmçinin 20-dən çox ölkənin sığorta, təkrarsığorta və broker şirkətlərinin 200-dən artıq yüksək struktur nümayəndələri və KİV təmsilçiləri iştirak etmişlər.

İlk öncə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov açılış nitqi ilə tədbiri açıq elan etmişdir. Sonra Maliyyə Naziri Samir Şərifov, millət vəkili Ziyad Səmədzadə tədbir iştirakçılarını salamlamış, Forum barədə öz fikirlərini bölüşmüşlər.

Daha sonra Forum öz işinə başlamışdır.

Məlumat üçün qeyd edək ki, budəfəki Forumda Böyük Britaniya, Fransa, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Ukrayna, Bolqarıstan, Gürcüstanın sığorta və təkrarsığorta sahəsində ixtisaslaşmış ən aparıcı ekspertləri, həmçinin bu ölkələrin milli sığorta ittifaqlarının və Dünya Bankının təmsilçiləri, eləcə də ölkəmizin ən aparıcı sığorta, təkrarsığorta və broker şirkətlərinin yüksək struktur nümayəndələri  ekspert qismində iştirak edəcək və “Qafqaz Regionunun sığorta bazarının perspektivləri və yeni biznes istiqamətləri”, “Qafqaz ölkələrinin sığorta bazarı üçün təkrarsığorta həlləri”, “Kənd təsərrüfatı sığortası – dövlət tənzimləmələri və bazar reallıqları”, “Tibbi sığorta – Köhnə problemlərin yeni həlləri” və “Avtomobil sığortası” mövzularında müzakirələr aparacaqlar.

2008-ci ildən etibarən keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumu – Qafqaz regionunda sığorta və təkrarsığorta bazarlarına həsr olunmuş ən mühüm tədbir olmaqla, sözügedən regionun ən vacib istiqamət və perspektivlərini özündə əks etdirir.

Forum iştirakçılar arasında interaktiv ünsiyyətə yönəlmiş platforma olub, ölkələr arasında sığorta sahəsindəki əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmişdir.

 

Sonda qeyd edək ki, IV Azərbaycan Beynəlxalq Forumu Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi, “AzRe Təkrarsığorta”, “Buta Sığorta”, “PASHA Həyat Sığorta” Şirkətlərinin baş sponsorluğu, “AtaSığorta”, “Standard Sığorta”, “İpəkyolu Sığorta”, “Glinso”, “UnityRe”, “Atəşgah Həyat Sığorta”, “Xalq Sığorta” və “Meqa Sığorta” Şirkətlərinin sponsorluğu, həmçinin “Trend.az” “1news.az” informasiya agentliklərinin və “biznesinfo.az” portalının informasiya dəstəyi ilə həyata keçirilir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment