1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat”ın bu ilin yanvar-may aylarında topladığı sığorta haqlarının həcmi 14,9mln. manata çatıb
14.06.2013

Baki, Finance Time. Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2013-cü ilin yanvar-may ayları üzrə sığorta fəaliyyətinin yekunlarını açıqlayıb.

Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu ilin yanvar-may aylarının yekunu olaraq, “PAŞA Həyat”ın yığımlarının həcmi 14,862 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün yığımları ilə müqayisədə 83,5% və ya 6,761 mln. manat çox olub.

Qeyd olunan dövrdə şirkətin məcmu yığımlarında könüllü sığorta növlərinin payı  50%-ə çatıb. Bu isə “PAŞA Həyat”ın könüllü həyat sığortası növlərinin inkişafına daha çox üstünlük verməsi deməkdir. 

Yekun hesabata görə, portfel həyatın yaşam sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, kredit götürən şəxslərin həyat sığortası və kritikxəstəliklərdən sığorta növləri üzrə daxil olan sığorta haqqlarından formalaşıb.

Bundan başqa, bu ilin ilk 5 ayında şirkət tərəfindən sığorta riskləri üzrə 380 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrünün ödənişindən təxminən 3,8 dəfə çox olub. Məcmu sığorta ödənişlərində icbari sığortanın payı 91,2%, könüllü sığorta növlərinin xüsusi çəkisi isə 8,2% təşkil edib.   

“PAŞA Holdinq” Şirkətlər Qrupuna daxil olan  “PAŞA Həyat Sığorta” ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Cari ilin iyun ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,200 mln. manat təşkil edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment