1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


20-21 iyun tarixlərində “Jumeirah Bilgah Beach Hotel”-də IV Azərbaycan Beynəlxalq Sığorta Forumu baş tutacaq
14.06.2013

Baki, Finance Time. Azərbaycan Sığortaçılar Assosiasiyası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə ənənəvi olaraq ölkəmizdə ilin ən böyük sığorta tədbiri olan Azərbaycan Beynəlxalq Sığorta Forumunu (AIIF) həyata keçirir. İndiyədək həyata keçirilmiş forumlar bu tədbirin Azərbaycanda ən iri sığorta – təkrarsığorta görüşü olduğunu göstərmişdir.

Bu il də 20-21 iyun 2013-cü il tarixlərində “Jumeirah Bilgah Beach Hotel”-də IV Azərbaycan Beynəlxalq Sığorta Forumu baş tutacaq.

İki gün davam edəcək Forumda “Qafqaz Regionunun sığorta bazarının perspektivləri və yeni biznes istiqamətləri”, “Qafqaz ölkələrinin sığorta bazarı üçün təkrarsığorta həlləri”, “Kənd təsərrüfatı sığortası – dövlət tənzimləmələri və bazar reallıqları”, “Tibbi sığorta – Köhnə problemlərin yeni həlləri” və “Avtomobil sığortası” panelləri üzrə müxtəlif mövzularda müzakirələr aparılacaq.

Forumda Rusiya, Ukrayna, Rumıniya, Bolqarıstan, Gürcüstan, Avstriya, Türkiyənin sığorta və təkrarsığorta sahəsində ixtisaslaşmış ən aparıcı ekspertləri, həmçinin Dünya Bankının, Avropanın ən iri təkrarsığorta şirkətlərindən olan Swiss Re və Europe Re şirkətlərinin, dünyanın ən iri sığorta broker şirkətlətindən biri olan Willis Re şirkətinin, tibbi sığorta üzrə ixtisaslaşmış tanınmış Munich Health şirkətinin, Türkiyənin TARSİM (Kənd təsərrüfatı sığortaları Hovuzu) sisteminin, AUDOTEX, AVUS, OtoAnaliz şirkətlərinin, eləcə də ölkəmizin ən aparıcı sığorta, təkrarsığorta və broker şirkətlərinin yüksək struktur nümayəndələri  ekspert qismində iştirak edəcəklər. Ekspertlər həyat sığortası, tibbi sığorta, kənd təsərrüfatı sığortası və avtomobil sığortası mövzularda təqdimatlar həyata keçirəcəklər.

Açılış tədbirində Azərbaycan Respublikası Maliyyə naziri Samir Şərifovun da iştirakı gözlənilir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment