Baki, Finance Time. 2013-ci il may аyının yекunlаrınа görə, Bакı Bаnкlаrаrаsı Vаlyutа Birjаsı (BBVB) onun vаlyutа bölməsində USD/AZN_TOD aləti üzrə кеçirilən hərrаclаrda 10 bаnк iştirак еdib. Birja Elektron Ticarət Sistemində (“BEST”) hesabat ayında 42 ticarət sessiyası keçirilmiş və 26 əqd qeydə alınmışdır. Hərracların həcmi 40,516 milyon manat və yaxud dollar ekvivalentində 51,652 milyon təşkil etmişdir.
Hesabat ayında valyuta seksiyasının USD/AZN üzrə hərracların ümumi həcmi 46,801 milyon manat və yaxud dollar ekvivalentində 59,652 milyon təşkil etmişdir.
Həmçinin, Swap_USD/AZN_TOD_2Week aləti üzrə dövriyyə 6,285 milyon manat və ya dollar ekvivalentində 8,0 milyon təşkil edib. Qeyd edək ki, bu alət üzrə dolların manata görə orta ölçülmüş məzənnəsi 0,7856 manat təşkil edib.
Cari ilin Aprel ayı ilə müqayisədə valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 17,310 mln. manat və yaxud 1.6 dəfə artmışdır.
Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,841 milyon dollara çatmışdır, halbuki, hər əqdin orta həcmi 2,294 milyon dollar təşkil etmişdir.
Qеyd еdəк кi, hеsаbаt аyındа birjаdа Аzərbаycаn mаnаtının USD/AZN_TOD aləti üzrə АBŞ dоllаrınа qаrşı məzənnəsi 0,03% düşüb – hər USD görə 0,7834-dən 0,7836 AZN qədər. Milli vаlyutаnın АBŞ dоllаrınа nisbi оrtаölçülü birjа məzənnəsi May аyındа 0,7844 АZN bərаbər оlub.
2013-cü ilin may ayının nəticələrinə əsasən BEST sistemi çərçivəsində fəaliyyət göstərən Mütəşəkkil Banklararası Kredit Bazarında (MBKB) hərracların ümumi həcmi manat ekvivalentində 5 milyon təşkil etmişdir.
BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən cari ilin may ayında 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 11,08%, ABŞ dolları üzrə isə 11,04% təşkil edib. BakİBİD tarifi 90 günlük müddətində manatla illik 5,23% və ABŞ dolları ilə 5,03% təşkil etmişdir.