1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AtaSığorta” ASC-nin rəhbərliyi Münhen şəhərində keçirilmiş “Sığortada əməliyyat mükəmməlliyi” adlı beynəlxalq konfransda iştirak etmişdir
30.05.2013

Baki, Finance Time. “AtaSığorta” ASC-nin rəhbərliyi 23-24 may tarixlərində Almaniyanın Münhen şəhərində keçirilmiş “Sığortada əməliyyat mükəmməlliyi” adlı beynəlxalq konfransda iştirak etmişdir. Tədbirdə şirkəti İdarə Heyətinin sədr müavini Orxan Məmmədov təmsil etmişdir. AVIVA, Zurich Insurance, AXA, ACE, XL Insurance və digər qlobal sığorta şirkətlərinin iştirak etdiyi tədbirə 21 ölkədən sığorta sahəsində çalışan 60-dan çox nüfuzlu şəxslər qatılmışdır. İki gün davam edən konfransda məruzəçilər sığorta sahəsində aktual olan problemlər və inkişaf perspektivləri, yeni texnologiyaların tətbiqi, sığorta əməliyyatların mükəmməlliyini təmin etmək üçün yeni istiqamətlər haqqında çıxışlar etmişlər. Bununla yanaşı tədbir iştirakçıları müştəri məlumatlarının idarə edilməsində effektivliyin artırılması və digər məsələlərlə bağlı öz bilik və təcrübələrini paylaşmışlar.

“Öz müştərilərinə daha effektiv və keyfiyyətli xidmət göstərməyi qarşısında hədəf qoyan AtaSığorta üçün bu cür beynəlxalq konfranslarda iştirak sığorta sahəsində yeni trendlərin izlənilməsi, Azərbaycan sığorta sektoru üçün innovativ yeniliklərin öyrənilməsi və tətbiqi, həmçinin yeni əməkdaşlıqların yaradılması və təcrübə mübadiləsi baxımından çox faydalıdır.” - O.Məmmədov bildirmişdir.

“AtaHolding” Sirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment