1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Axa Mbask sığorta agentliklərinin üçüncü forumunu keçirdi
27.05.2013

Baki, Finance Time. AXA MBASK Sığorta Şirkəti Qafqaz Riverside Hotel-də (Qəbələ) “Güclü brend ilə fərq yaratmağa davam edirik” adlı Sığorta Agentliklərinin üçüncü illik Forumunu keçirib. Üç gün davam edən Forumda sığorta agentliklərinin rəhbərləri və AXA MBASK-la əməkdaşlıq edən sığorta agentləri iştirak ediblər.

Forumun birinci günü yerli sığorta bazarının mövcud problemlərinin müzakirəsinə həsr edilib.

Ikinci gün iştirakçılara xaricdən xüsusi dəvət olunmuş ekspertlər satışlarla bağlı geniş treninqlər keçiriblər.

Həmçinin Forumda, keçən ilin nəticələri, Azərbaycanda agent satışlarının genişləndirilməsilə bağlı məsələlər, sığorta agentliklərinin inkişafına dair planlar və stratejilər, agent şəbəkəsi vasitəsilə icbari və könüllü sığorta növlərinin satışı və əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər və layihələr müzakirə olunub.

Rəsmi hissədən sonra Forum iştirakçıları onların şərəfinə təşkil olunmuş təntənəli axşam yeməyinə dəvət olundular, burada iştirakçılara xatirə mükafatları və hədiyyələr təqdim edildi.

Qeyd edək ki, AXA MBASK SŞ-nın keçirdikləri sığorta agentliklərinin forumları Azərbaycanda keçirilən ilk belə tədbirlərdəndir. Bu tədbirlər göstərdi ki, AXA MBASK sığorta şirkəti ve onun sığorta agentlikləri Azərbaycan bazarında dinamik inkişaf etməyə və sıgorta bazarının əvəzedilməz strateji partnyoru olmağa doğru irəliləməktədir.

Qeyd etmək lazımdır ki, AXA MBASK qısa müddətdə paytaxtda və bölgələrdə 80-ə yaxın agentlik yaradıb. Müasir informasiya texnologiyalarının tətbiqi sayəsində online rejimde agentliklərinə ve müştərilərinə yüksək səviyyədə xidmətlə təmin edib.

Müştərilərlə sıx əlaqə quran və onlara konsaltinq xidmətləri göstərən agentlər onların müxtəlif sığorta məhsulları arasında düzgün seçim etməsinə köməklik göstərir, sığorta agentlikləri şəbəkəsinin inkişafı isə ümumilikdə Azərbaycanda sığorta bazarının inkişafına şərait yaradır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment