1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat”ın dəstəyi ilə “İRS PublishingHouse” çap evi tərəfindən “Qədim qalanın yuxuları” adlı kitab nəşr olunub
21.05.2013

Baki, Finance Time. “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İRS PublishingHouse” çap evi tərəfindən YUNESKO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmiş İçərişəhər memarlıq abidəsinə aid “Qədim qalanın yuxuları” adlı kitab nəşr olunub.

Kitab Bakının qüdrətli Şirvanşahlar dövlətinin inzibati, iqtisadi və mədəni mərkəzinə çevrildiyi orta əsrlər dövrünə həsr olunub. Kitabda Bakının qədim hissəsi, şəhər içində şəhər, vaxtı ilə heybətli qala və Böyük İpək Yolu üzərində ən iri məntəqə olmuş İçərişəhər haqqında bəhs edilir.

Həmçinin kitabda İçərişəhərin yaranma tarixi, orta əsrin bakılılarının ailə münasibətləri, ev əşyaları, onların geyimləri, güclü orduları, Böyük İpək Yolu ticarətindəki Bakının yeri, islam ruhaniləri, islam dinin şəhər mədəniyyətinə təsiri, Şirvanşahlar dövlətində aşağı rütbələrin yuxarı rütbələrə tabe olma qaydaları, şəhər təsərrüfatının təşkili, tikinti və arxitektura barədə məlumatlar oxuculara başa düşülən şəkildə çatdırılır. Köhnə və müasir Azərbaycana aid məlumatlar əks olunan bu kitabda ölkənin malik olduğu mədəni varlığı və tarixi təbii nemətləri də əks olunub. Kitabla tanış olan oxuyucular burada sərgilərdə nümayiş etdirilməsi üçün saxlanılan, insanlığın mədəni irsini əks etdirən çoxlu şəkil nümunələri ilə tanış ola bilər. 

Kitabın hazırlanmasında Azərbaycanın tanınmış tarixçilərinin, incəsənət xadimlərinin, müxbirlərinin, mühəndislərinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Cəfər Qiyasinin, tarix elmləri üzrə doktor, tanınmış Azərbaycan arxeoloqu Kamil İbrahimovun və “İRS” jurnalının baş redaktoru Musa Mərcanlının böyük əməyi olub.

Müəlliflər kitabın ərsəyə gəlməsi üçün çoxlu arxiv sənədlərindən, tarixi şəkillərdən istifadə edib. Kitabın maraqlı və daha keyfiyyətli olması üçün İçərişəhərin müasir görüntülərini əks etdirən fotolardan, həmçinin tanınmış xarici fotoqraflar tərəfindən çəkilmiş şəkillərdən də istifadə olunub.

Geniş miqyaslı oxucu kütləsinə, o cümlədən həm Azərbaycan, həm də xarici vətəndaşlar üçün nəzərdə tutulan kitab albom formasında iki dildə - Azərbaycan-Rus və Azərbaycan- ingilis dillərində çap olunub. Artıq kitabı tanınmış internet saytlarından (http://www.amazon.de/gp/product/9952820100) əldə etmək mümkündür.

Qeyd edək  ki, “İRS”  dünyanın 11 dilində (İtaliyan, rus, türk, fransız, alman, ingilis, çex, ispan, çin, yapon və ərəb) nəşr olunan beynəlxalq Azərbaycan jurnalıdır. Jurnalın ilk nömrəsi 2002-cil ildə Moskvada rus dilində çap olunub. MDB məkanında yeganə çoxdilli beynəlxalq jurnal olan “İRS”in ingilis dilində olan variantı dünyanın 70 ölkəsində yayımlanır. Jurnal vasitəsi ilə Azərbaycanın tarixi, mədəni irsi, adət-ənənələri, tanınmış görkəmli şəxsləri, incəsənət xadimləri, rəssamları, həmçinin ermənistan tərəfindən işğal olunmuş rayonlarımız haqda məlumatlar bütün dünyaya çatdırılır.

“PAŞA Həyat Sığorta” ASC yalnız Azərbaycanın maliyyə sektorunda deyil, eyni zamanda sosial yönümlü layihələrin həyata keçirilməsində də daim aktiv iştirak edib. Şirkət Azərbaycanı dünyaya sığorta fəaliyyətindən başqa, həmçinin sosial layihələrə dəstək verməklə tanıtdırmaq niyyətindədir. “Qədim qalanın yuxuları” adlı kitabın nəşri şirkətin qatıldığı sosial layihələrdən biridir.

“PAŞA Həyat” Azərbaycanın tarixi-mədəni irsinin dünyaya çatdırılmasında, beynəlxalq səviyyədə tanıdılmasında həyat keçirilən layihələrə daim dəstək olmağa hazırdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment