1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AtaSığorta” şirkəti Azərbaycanın pul bazarına çıxır
13.05.2013

Baki, Finance Time. Bakı Banklararası Valyuta Birjası (BBVB) və “AtaSığorta” sığorta şirkətinin birja elektron ticarət sisteminin (BEST) “MONEY-MARKET” pul bazarında iştirakına dair müqavilə bağlayıblar. Müqaviləni BBVB-nin rəhbəri Fərhad Əmirbəyov və "AtaSığorta" ASC-nın Idarə Heyətinin sədri Müseyib Əliyev imzalayıblar. Müqaviləyə əsasən, "AtaSığorta" iştirakçı banklarla bərabərhüquqlu qismində topdan pul bank bazarına çıxış imkanı əldə edir.  BBVB yeni iştirakçıya "BEST" ticarət sisteminə çıxış təqdim edəcək, həmçinin hesablaşma və məlumat xidmətləri göstərəcək.

"AtaSığorta" ASC-nin  Idarə Heyətinin sədri Müseyib Əliyevin sözlərinə görə, "BEST" sisteminə qoşulma ölkə sığorta sektoru üçün yenilikdir: "Sığorta sektorunun inkişafı və sığorta şirkətinin maliyyə vəsaitlərinin artması ilə maliyyə bazarına çıxış üçün çox yaxşı alət olan "BEST" sisteminə də maraq artacaq. Biz bu sistemə böyük ümüdlər bəsləyirik, hesab edirəm ki, gələcəkdə biz bu sahədə öz əməliyyatlarımızı genişləndirəcəyik".

“AtaHolding” Sirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment