1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


«PAŞA Həyat Sığorta» nizamnamə kapitalını artırır
08.05.2013

Baki, Finance Time. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «PAŞA Həyat Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 3 600 manat, sayı 7 min ədəd, emissiyanın ümumi həcmi isə 25,200 mln. manat təşkil edir.

Emissiya «PAŞA Həyat Sığorta» şirkətinin hər birinin nominal dəyəri 2 150 manat olan 7 min ədəd (ümumi həcmi 15,050 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində sığorta şirkətinin nizamnamə kapitalı 67,4% artaraq 25,200 mln. manata çatacaq. 

Qeyd edək ki, «PAŞA Həyat Sığorta» ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, şirkətə sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Bu ilin yanvar-fevral aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 4,685 mln. manat, ödənişləri isə 100 min manata yaxın olub. Bu ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment