1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat Sığorta” informasiya reytinqində liderliyə yüksəlib
07.05.2013

Baki, Finance Time. Azərbaycanın “Media Consulting and Services” araşdırma şirkəti tərəfindən cari ilin aprel ayı üzrə  aparılan media monitorinq nəticəsində ölkənin dinamik inkişaf edən, həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “PAŞA Həyat Sığorta” ASC informasiya reytinqi üzrə sığorta şirkətləri sırasında liderlik mövqeyi nümayiş etdirib.

İnformasiya reytinqi üzrə aparılan araşdırma ölkədə fəaliyyət göstərən 29 sığorta şirkəti və bir təkrarsığorta şirkətini əhatə edib. Nəticə etibarı ilə “PAŞA Həyat Sığorta” ASC 60 ballıq göstərici ilə ilk yeri tutub. 

Monitorinqin nəticəsi ilə bağlı hazırlanan reytinq hesabatında qeyd olunur ki, “PAŞA Həyat Sığorta” ASC ilə bağlı yayılan məlumatlar və press relizlər ölkənin 4 aparıcı qəzetində və 12 öncül informasiya agentliyi və portallarında dərc olunub. Hesabatda həmçinin “PAŞA Həyat”la bağlı neqativ xarakterli məlumatların dərc olunmadığı da əksini tapıb.    

“PAŞA Həyat Sığorta” ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Bu ilin yanvar- fevral aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 4,685 mln. manat, ödənişləri isə 100 min manata yaxın olub.Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.

“Media Consulting and Services” MMC media monitorinqlərinin icrasına 2004-cü ildən başlayıb. Qrup 70-dən çox KİV-də, o cümlədən qəzet , informasiya agentlikləri və on-line mediada televiziya kanallarını və radio dalğalarını (reklam və xəbərlər üzrə) izləyir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment