1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“İcbari sığortalar haqqında” qanuna dəyişikliklər ediləcək
03.05.2013

Sığorta hadisələri zamanı ödənişin alınması üçün bəzi sənədlərin notariuslar tərəfindən təsdiqlənməsinə ehtiyac olmayacaq. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta növü də İcbari Sığorta Bürosu tərəfindən tənzimlənəcək.

«APA-Economics»in məlumatına görə, bu dəyişikliklər Milli Məclisə təqdim olunan «İcbari sığortalar haqqında» qanuna əlavə və dəyişikliklərdə nəzərdə tutulub. Bununla bağlı qanun layihəsinin MM-in İqtisadi Siyasət komitəsində müzakirəsi zamanı  Maliyyə Nazirliyinin Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib ki,

hazırda qüvvədə olan «İcbari sığortalar haqqında» qanunda avtonəqliyyat sahiblərinin icbari məsuliyyətinin sığortasında sığorta şəhadətnamələrinin elektron informasiya sistemi vasitəsilə rəsmiləşdirilməsi nəzərdə tutulur. Bu da sığorta müqavilələrinin bağlanmasında operativliyi və şəffaflığı xeyli artırıb. Ümumiyyətlə sözügedən informasiya sistemi özünü doğruldub: «Amma bu yalnız bir sığorta şirkəti üçün məcburidir. Praktika göstərir ki, və bu həm bizim fikrimizdir və sığorta şirkətlərinin də təklifi  ondan ibarətdir ki, bütün icbari sığorta növləri vahid elektron informasiya sistemi vasitəsilə rəsmiləşdirilsin. Qanuna dəyişikliklərin mühüm hissəsi bu məsələyə həsr edilib».

Digər dəyişiklik İcbari Sığorta Bürosu (İSB) tərəfindən tənzimlənən sığorta növlərinin sayının artırılmasına aiddir. N. Xəlilov bildirib ki, bu gün sığortaçının ödəmə qabiliyyətinin olmamasına görə, sığorta ödənişini yerinə yetirə bilmədikdə, İSB tərəfindən kompensasiya ödənilir. Amma belə bir təminat sistemi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığortaya aid edilmir: «Bu isə sığorta şirkətinin müflis olacağı halda qanuna görə, sığortalıların və sığorta olunanların maraqlarının pozulmasına şərait yaradır».

Bununla əlaqədar olaraq  sığortaçının ödəmə qabiliyyəti olmadığı halda icbari sığorta bürosu tərəfindən kompensasiya ödənişi almaq imkanının bu sığorta növünə də tətbiqi üçün qanuna dəyişikliklərin edilməsi təklif olunub.

Bundan başqa, hazırda qanunda sığorta sığorta ödənişinin verilməsi üçün təqdim edilməli olan bir sıra sənədlərin sürətinin notariat qaydasında təsdiq edilməsi tələb edilir.

Amma N. Xəlilovun sözünə görə, praktika göstərir ki, bu gün buna ehtiyac yoxdur: «Bu barədə bizə həm sığortalılar həm də sığortaçılar tərəfindən təkliflər daxil olur. Təklifləri nəzərə alaraq həmin sənədlərin sürətlərinin notariat qaydasında təsdiq olunmasını nəzərdə tutan maddələrdə müvafiq dəyişikliklərin edilməsi təklif edilir».

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment