1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Forbes” jurnalı Rusiya milyarderlərinin yeni reytinqini açıqlayıb
19.04.2013

“Forbes” jurnalı Rusiya milyarderlərinin onuncu reytinqini tərtib edib.

APA-Economics”in jurnalın saytına istinadən xəbərinə görə, yubiley reytinqinə ötən il olduğu kimi, yenə də “Metalloinvest”, “Mail.ru Group” və “Meqafon” şirkətlərinin sahibi Əlişir Usmanov başçılıq edir. Onun varidatı bir il ərzində 1,5 mlrd. dollar azalaraq 18,1 mlrd. dollardan 17,6 mlrd. dollara enib.

İkinci yerdə “Alfa-Qrup” konsorsiumunun sahibi və Müşahidə Şurasının sədri Mixail Fridman gəlir. O, son bir ildə sərvətini 3 mlrd. dollar artıraraq 16,5 mlrd. dollara çatdırıb.

İlk üçlüyü varidatını 2012-ci ildən bəri 3 mlrd. dollar artırmağı bacaran “Sibura” və Novoteka” şirkətlərinin rəhbəri Leonid Mixelson tamamlayır – 15,4 mlrd. dollar.

İlk onluqda Viktor Vekselberq («Rusal», 15,1 mlrd. dollar), Vahid Ələkbərov («Lukoyl», 14,8 mlrd. dollar), Andrey Melniçenko («Evroxim», 14,4 mlrd. dollar), Vladimir Potanin («İnterros», «Nornikel», 14,3 mlrd. dollar), Vladimir Lisin (NLMK, 14,1 mlrd. dollar), Gennadi Timçenko (“Gunvor”, 14,1 mlrd. dollar) və Mixail Proxorov (ONEKSİM, 13 mlrd. dollar) da yer alıb.

İki yüz milyarderin yer aldığı siyahıda digər azərbaycanlı iş adamlarının da adlarına rast gəlinir. “Krokus Siti”nin sahibi Araz Ağalarov 5 pillə irəliləyərək 1,8 mlrd. dollarla 56-cı, “Nortqaz”ın sahibi Fərhad Əhmədov 38 pillə irəliləyərək 1,4 mlrd. dollarla 70-ci, “AST” şirkətlər qrupunun prezidenti Telman İsmayılov isə 16 pillə geriləyərək 0,75 mlrd. dollarla 137-ci yerdə qərarlaşıb.

www.apa.az

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment