1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Naxçıvan sağlamlıq günləri” çərçivəsində 300-ə yaxın şəhid və qazi ailələrinin üzvlərinə tibbi-xidmət göstərilib
07.05.2024

4 may 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, rəsmi tərəfdaş Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və Naxçıvan Baş Gömrük İdarəsinin birgə təşkilatçılığı və Naxçıvan MR Səhiyyə Nazirliyinin, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib. 

Naxçıxan Mərkəzi Xəstəxanasında keçirilən tədbirin açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, Naxçıvan MR Səhiyyə Naziri səlahiyyətlərini müvəqqəti icra edən Samiq Sadıxov, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev, Mərkəzi Gömrük Hospitalının həkimləri, tibb personalı və digər rəsmi qonaqlar iştirak ediblər.

Gün ərzində müraciət edən xüsusi qayğıya ehtiyacı olan insanlara, şəhid və qazi ailələrinin üzvlərinə kardioloji, oftalmoloji, uroloji, endokrinoloji, cərrahi, ginekoloji, dermatoloji və s. xidmətlər göstərilib, ultrasəs müayinəsi edilib, pediatrlar və uşaq cərrahları tərəfindən uşaqlara müxtəlif növ tibbi prosedurlar həyata keçirilib.

Mərkəzi Gömrük Hospitalının həkimləri: ürək-damar cərrahı Rəşad Mahmudov, hospitalın rəisi-Baş həkim Bəxtiyar Musayev, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi, Radiologiya şöbəsinin rəisi Eldəniz Hüseynov, Ümumi cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah Namiq Novruzov, Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu, Uşaq cərrahiyyəsi şöbəsinin rəisi Vüsal Cəfərov, Radiologiya şöbəsinin şüa diaqnostikası üzrə həkimi Günay Əhmədova, uroloq Samir Ağalarov, endokrinoloq Naidə Novruzova, Mama-ginekologiya şöbəsinin rəisi Təranə Bayramova, , otorinolarinqoloq Elvin Əzizov, oftalmoloq Aynurə Əliyeva, nevropatoloq Mənsumə Talıbova, dermatoveneroloq Sevinc Kərimova, travmatoloq-otoped Müseyib Əhmədov, psixiatr, t.ü.f.d., Dr.Gülay Məmmədzadə, pediatr-neonatoloq Minazər Abdullayeva, pediatr Şahnaz Zamanlı, terapevt Xumar Novruzova,  Radiologiya şöbəsinin həkim-rezidenti Leyla Abdullayeva, uzman kardioloq Rəna Mürşüdlü, Florence Nightingale Xəstəxanasının həkimləri:  uşaq kardioloqu Doğukan Aktaş, ginekoloq Kemine Uzel və terapevt Gülanə Muradova 300-ə yaxın şəhid və qazi ailələrinin üzvlərini ətraflı müayinə edərək, müalicələr təyin ediblər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment