1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ARPA və SDU birgə təşkilatçılığı ilə “İllik Mühasiblər Forumu- 2024” keçirildi
06.05.2024

Mayın 4-də Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə Sumqayıt Dövlət Universitetnin (SDU) birgə təşkilatçılığında SDU-da “İllik Mühasiblər Forumu-2024” keçirildi. Tədbirdən öncə qonaqlar  SDU-nun foyesində müasir müstəqil Azərbaycan Dövlətinin qurucusu olan ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Forumu ARPA-nın sədri Günay Şahbazova açaraq rəhbərlik etdiyi qurumun 2009-cu ildə ölkədə maliyyə və idarəetmə sahəsində inkişafa nail olmaq məqsədilə təsis edildiyini, mühasibat uçotu sahəsində 2019-cu ildən “Peşəkar Mühasib Təşkilatı” kimi akkreditasiyadan keçdiyini bildirdi. Forumun SDU-da təşkil olunmasını ARPA-nın ölkənin ali təhsil müəssisələri ilə birgə keçirilməsi nəzərdə tutulan layihələr çərçivəsində olduğunu bildirdi.

Audiotorlar Palatasının sədri Vahid Novruzov ali təhsil müəssisələri ilə əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçməli olduğunu vurğuladı və müvafiq yüksək ixtisaslı kadrlar yetişdirən ali məktəblərə daha çox ehtiyac olduğunu bildirdi, belə forumların hər il SDU-da da keçirilməsini təklif etdi.

Daha sonra SDU-nun rektoru, dosent Rüfət Əzizov bu cür tədbirlərin təhsilin məzmununun keyfiyyətcə dəyişməsində oynayacağı rolu qeyd edən rektor mühasibat işinin cəmiyyətin iqtisadi inkişafında xüsusi çəkisi olduğunu bildirdi. Dövlət orqanları ilə müəssisələr arasında münasibətlərin normallaşmasını iqtisadiyyatın güvənli inkişafı üçün əsas şərtlərdən olduğunu qeyd edən Rüfət Əzizov bu halda hesabatlılıq, qarşılıqlı inamın adi praktikaya çevrildiyini vurğuladı. Bu ilin payızında keçiriləcək beynəlxalq əhəmiyyətli tədbir - COP29 ərəfəsində ölkəmizin hədəflədiyi “Yaşıl iqtisadiyyat”ın inkişafının əhəmiyyəti qeyd edildi.


Forumda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva İllik mühasiblər Forumu mühasibatlığın rəqəmsal dövrü, rəqəmsal bank və mühasibatlıq, rəqəmsal dövrün mühasibatlıq işçisi, habelə PMS-n bu günü gələcəyi ilə əlaqədar aktual məsələləri əhatə edəcəkdir.Məlumdur ki, son dövrlərdə rəqəmsallaşma bütün sahələrə daxil olduğu kimi, mühasibat uçotu sahəsinə da daxil olmuş və artıq mühasibat uçotu sahəsində baş verən bir çox əməliyyatlar elektron qaydada həyata keçirildiyini qeyd etdi.

Forum Mərkəzi Bankının böyük iqtisadçısı Səmra Abbasovanın “İqlim maliyyəsi:hesabatlılıq və şəffaflıq” məruzəsi ilə davam etdi.

Qeyd etmək istərdik ki. Forumda dövlət qurumları, maliyyə təşkilatları, sığorta və bank nümayəndələri qonaq qismində iştirak etdilər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment