1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib
06.05.2024

4 may 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, rəsmi tərəfdaş Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və Naxçıvan Baş Gömrük İdarəsinin birgə təşkilatçılığı və Naxçıvan MR Səhiyyə Nazirliyinin, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib. 

Sosial tibbi aksiya iştirakçıları əvvəl Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub, dahi insanın xatirəsini ehtiramla yad ediblər. Daha sonra isə Heydər Əliyev Muzeyi ziyarət edilib və iştirakçılar Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Naxçıxan Mərkəzi Xəstəxanasında keçirilən tədbirin açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, Naxçıvan MR Səhiyyə Naziri səlahiyyətlərini müvəqqəti icra edən Samiq Sadıxov, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev, Mərkəzi Gömrük Hospitalının həkimləri, tibb personalı və digər rəsmi qonaqlar iştirak ediblər.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün keçirilən bu sosial tibbi aksiyanın əhəmiyyətindən danışaraq qeyd edib ki, Mərkəzi Gömrük Hospitalından  və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupundan aksiyaya cəlb edilmiş yüksəkixtisaslı mütəxəssislərdən ibarət tibbi briqada bir gün ərzində müraciət edən şəhid və qazi ailələrinin üzvlərinə yüksək səviyyədə tibbi xidmətlər göstərəcəklər.

 Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov 3 gün ərzində keçirilən “Naxçıvan sağlamlıq günləri”nin önəmindən danışaraq, deyib: “Respublikanın aparıcı mütəxəssislərindən ibarət bir heyətlə xüsusi qayğıya ehtiyacı olan insanlara tibbi xidmət göstərmək, bununla yanaşı elmi konfrans həyata keçirərək  dünya üçün, ölkəmiz üçün aktual olan, tibbin ən innovativ sahələrindən biri olan orqan çatışmazlığından əziyyət çəkən insanlarda orqan transplantasiyasının həyata keçirilməsi metodları, bu əməliyyatların icrası üçün beyin ölümü diaqnozunun qoyulması mövzusu geniş tərkibli yerli və xarici ölkələrdən dəvət olunmuş ekspertlərlə birgə müzakirə olundu. Və mən düşünürəm ki, bu müzakirələr bu gün ölkədə bütün sahələrdə  aparılan islahatlar kimi sosial sahənin ən vacib elementi sayılan səhiyyə sahəsindəki islahatlara kiçik də olsa, bir töhfədir. Bu aksiyalar bir daha ölkəmizin bütün vətəndaşlarının, eləcə də Azərbaycan səhiyyə işçilərinin bu gün də, sabah da öz qazilərinin, öz şəhid ailələrinin yanında olmasını göstərən əyani sübutdur”.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının və hospitalın rəsmi tərəfdaşı olan Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun həkimləri “Naxçıvan sağlamlıq günləri” çərçivəsində 300-ə yaxın şəhid və qazi ailələrinin üzvlərinə tibbi xidmət göstəriblər.
























     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment