1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib
26.04.2024

Dövlət Turizm Agentliyi Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib.

Bu haqda qərar İsveç Krallığının Stokholm şəhərində baş tutan “Dayanıqlı Turizm” konfransında qəbul edilib. Həmçinin konfrans çərçivəsində, həmçinin Azərbaycan Turizm Bürosu və Qlobal Dayanıqlılıq Turizm Şurası arasında Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumuna əsasən, dayanıqlı turizmin inkişafına dəstək göstərilməsi, qlobal dayanıqlı turizm standartlarının milli səviyyəyə uyğunlaşdırılması, eləcə də ölkəmizdə Şuranın meyarlarının tətbiqi nəzərdə tutulur.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Şuraya üzvlüyün turizm sənayesindəki yerli tərəfdaşlarla birgə fəaliyyətin həvəsləndirilməsinə, qlobal turizm sənayesində dayanıqlı və əsaslı dəyişikliklərin edilməsində Azərbaycanın rolunun artırılmasına, eləcə də marketinq kampaniyaları vasitəsilə yerli turizm sənayesinin dayanıqlı inkişafına töhfə verəcəyini bildirib.

Qlobal Dayanıqlılıq Turizm Şurası 2007-ci ildə "Rainforest Alliance" təşkilatı, BMT-nin Ətraf Mühit Proqramı, Əhali Fondu və BMT Turizm təşkilatı ilə birgə təşəbbüsü olan “Qlobal Dayanıqlı Turizm Kriteriyaları”nın formalaşdırılması məqsədilə yaradılıb.

Şura qlobal turizm biznesləri, dövlət orqanları, destinasiya menecmenti təşkilatları üçün dayanıqlı turizm prinsiplərinin tətbiq edilməsi təcrübələrinin bölüşdürülməsi üzrə platforma rolunu oynayır. Şuranın fəaliyyətinin əsas məqsədi dayanıqlı turizm təcrübələrini tətbiq edən biznes və destinasiyaların sertifikatlaşdırılması yolu ilə dəstəklənməsi, həmçinin destinasiyaların dayanıqlılığının təmin edilməsinə dəstək olmaqdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment