1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dövlət Xidməti məktəblini təltif etdi
23.04.2024

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 67 saylı tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, Xidmətin Sabunçu rayon şöbəsinin rəisi polkovnik-leytenant Nicat Həsənov, məktəbin direktoru İradə Bayramova və məktəbin kollektivi iştirak edib. 

Məktəbin yuxarı sinif şagirdlərinin də iştirak etdiyi tədbiri keçirməkdə məqsəd “Şahinlər” hərbi-idman oyunlarında həmin məktəbi təmsil edən komandanın kapitanı Ayan Həsənovanın AK-74 avtomat silahının sökülüb-yığılmasında xüsusi bacarıq göstərdiyini nəzərə alaraq təltif edilməsi olub. Ayan Həsənovanın avtomat silahını gözü bağlı şəkildə həmyaşıdlarından daha tez söküb, həmçinin yığması sosial şəbəkələrdə geniş müzakirə olunub. Ona bu bacarığına görə Xidmət rəisinin adından fəxri fərman və hədiyyələr təqdim edilib. 

Məktəbin çağırışaqədərki hazırlıq rəhbəri, Vətən müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov da pedaqoji fəaliyyətində fərqləndiyinə və şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsini yüksək səviyyədə təşkil etdiyinə görə fəxri fərmanla təltif edilib.

Qeyd edək ki, görüş zamanı yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılmasının vacibliyi və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment