1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
16.04.2024

Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə tamamlayıb. Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı keçib. Bankın digər əsas maliyyə göstəriciləri üzrə də sabit artım dinamikası müşahidə olunur. Belə ki:

Ümumi kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 163 mln manat, yəni 25% artımla 802.5 mln manat olub. Bankın missiyasına uyğun olaraq portfelin mühüm qismini mikro, kiçik və orta bizneslərə ayrılmış vəsaitlər təşkil edir. Rüb ərzində 5500-dən çox müştəriyə verilmiş biznes kreditləri nəticəsində bu istiqamət üzrə portfel yarım mlrd manatı keçib. Qeyd edək ki, biznes kredit portfeli ötən ilin eyni rübü ilə müqayisədə 21%, yəni 92 mln manat artıb.

Biznesdə olduğu kimi istehlak kredit portfelində də müsbət artım tendensiyası davam edir. Hesabat dövründə 7 min müştəriyə 63 mln-dan çox istehlak krediti verilib. Nəticədə bu istiqamət üzrə portfel ötən ilin eyni rübü ilə müqayisədə 33%-dən çox artaraq 290 mln manatı keçib. Bu satışların 39%-i, eləcə də portfel artımın 46%-i onlayn kanallar vasitəsilə həyata keçirilib. 



Birinci rübün sonuna əmanət portfeli 837 mln manat təşkil edir. Portfel artımının mühüm hissəsi (177 mln manatdan çox) fiziki şəxslərin hesabına baş verib, bu da Banka olan inam və etibar göstəricisidir.

Bankın faiz və qeyri-faiz gəlirləri də artıb. 2023-cü ilin analoji dövrü ilə müqayisədə faiz gəlirləri 14 mln-dan çox, yəni 59% artımla 39 mln-u, qeyri-faiz gəlirləri isə artaraq 16 mln manatı ötüb. 


Hesabat dövrünə Bank-ın məcmu kapitalı 118 mln manatı ötüb. Bu da requlyativ tələbdən 68 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 12.29%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 8.31 % olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir. Rübün sonuna Bankın aktivlərinin həcmi 1 mlrd 130.8 mln təşkil edir. 

Bank xidmətləri haqqında əlavə sualınız var?O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment