1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Aprelin 16-sı Beynəlxalq Səs Günüdür
16.04.2024

Hər il aprelin 16-sı Beynəlxalq Səs Günü kimi qeyd olunur. 1990-cı illərin sonlarında yaranan Ümumdünya Səs Gününün məqsədlərindən biri də insanlara səslərinə diqqət yetirməyi və səsin qismən və ya tam itirilməsi hallarında dərhal mütəxəssislərə müraciət etməyi xatırlatmaqdır.

Bu gün Mərkəzi Gömrük Hospitalında insanın səsinin sağlamlığının qorunması, insan səsi fenomeni və onun insanların həyatındakı rolu ilə bağlı maarifləndirici aksiya keçirilib. Maarifləndirmə aksiyasında Mərkəzi Gömrük Hospitalının lor həkimi, t.ü.f.d. Elvin Əzizov,  terapevtlər – Dr.Nazilə Xəlilbəyova, Dr.Xumar Novruzova və nevroloq Dr.Mənsumə Talıbova iştirak ediblər. Həkimlərimiz bu gün müayinəyə gələn pasiyentlərə səsin qorunması ilə bağlı qısa məlumatlar veriblər.

Mərkəzi Gömrük Hospitalının otorinolarinqoloqu, t.ü.f.d. Dr.Elvin Əzizov bildirib ki, səsi qorumaq və səs aparatı xəstəliklərinin qarşısını almaq üçün ilk növbədə sağlam həyat tərzinin sadə qaydalarına riayət etmək - yayda buz kimi soyuq içkilər içməmək, soyuq mövsümdə isə çox üşüməmək, qış mövsümündə qazlı içkilər içməmək, çox ədviyyatlı yeməklər yeməmək lazımdır. Səs problemlərinin yaranmasının əsas səbəblərinə siqaret, soyuqdəymə və stresli vəziyyətlər  də aiddir. 

Qeyd edək ki,  Beynəlxalq Səs Gününün qeyd edilməsində məqsəd tibb mütəxəssislərinin, eləcə də Yer kürəsinin bütün insanlarının diqqətini insan səsi fenomeninə, ünsiyyət qurmağa, öz emosiya və hisslərini ifadə etməyə cəlb etməkdir. Səs sağlam və təsirli ünsiyyətin vacib aspektidir, onun köməyi ilə biz bir-birimizə məlumat çatdırırıq və emosiyaları ifadə edirik. Bəzən səsimizin qayğısına qalmaq lazım olduğunu düşünmürük. 

Hər zaman səsinizi qoruyun!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment