1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Kredit Bürosunun yeni skorinq xidməti istifadəyə verilib
15.04.2024

Azərbaycan Kredit Bürosu (Büro)yeni skorinq xidmətini -"FinScore”-u tərəfdaşlarının istifadəsinə təqdim edib. Skorinq statistik metodlara əsaslanan, borcalanların krediti ödəmə qabiliyyətinin və maliyyə intizamının müəyyən edilməsinə dəstək olmaqla maliyyə inklüzivliyinin artırılmasına töhfə vermək məqsədilə Büro tərəfindən istifadəyə verilmiş xüsusi riyazi-statistik modeldir.

Yeni xidmətdən istifadə zamanı tərəfdaşlar şəxsin cari skoruilə yanaşı,skorun formalaşmasına ən çox təsir edən 4 əsas meyarı, habelə şəxsin son 12 aylıq skor tarixçəsini də əldə edəcəklər.

Xidmət Büro tərəfindən Türkiyənin KrediKayıt Bürosu (KKB) ilə birgə əməkdaşlıq şəraitində hazırlanmışdır. Layihənin hazırlanması zamanı Büronun tərəfdaşları olan bankların, bank olmayan kredit təşkilatlarının, nisyə mal alqı-satqısı həyata keçirən təşkilatların və Büronun digər tərəfdaşlarının sahə üzrə nümayəndələri də prosesə cəlb olunmuş, bir sıra görüşlər keçirilmiş və onların müvafiq istiqamətdə rəy və təklifləri əldə edilərək layihənin icrasında istifadəedilmişdir.

Qeyd edək ki, yeni modelin proqnozlaşdırma gücü kifayət qədər yüksəkdir(Gini əmsalı-72.2). Məlumat üçün əlavə edək ki, beynəlxalq praktikada kredit büro skorlarında 70+ Gini əmsalı ən yüksək göstərici hesab edilir. 

Yeni xidmətFindoc portalı vasitəsilə vətəndaşların da istifadəsinə təqdim edilmişdir. Hər bir vətəndaş müvafiq portaldan qeydiyyatdan keçərək öz kredit tarixçəsini və skor hesabatını ildə iki dəfə tam ödənişsiz əldə edə bilər. Portal real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir.

Hazırda Findoc portalında qeydiyyatdan keçmiş şəxslərin sayı 70 mindən artıqdır.

Findoc portalından məsafədən qeydiyyatdan keçmək üçün https://findoc.az/ linkindən istifadə edilir.

 Büro 15 yanvar 2018-ci il tarixində yaradılmışdır. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarındantoplanılması, saxlanılması, təhlili, kredit hesabatlarının formalaşdırılması, borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.

Hazırda Büroya qoşulmuş təşkilatların sayı 250-əyaxındır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment