1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“AIM Congress”də ölkəmizi təmsil edəcək startap məlum oldu
09.04.2024

“AIM Congress”də ölkəmizi təmsil edəcək startap məlum oldu 

“AIM Congress”in milli turunun qalibi 60 min dollara yaxın investisiya üçün dünyanın 100-dən çox ölkəsinin startapları ilə mübarizə aparacaq. 

7-9 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək ənənəvi İllik İnvestisiya Toplantısında (AIM Congress) ölkəmizi təmsil edəcək startap seçildi.

67 startap layihə arasından seçilən “Recepta” “AIM Congress”in milli turunun (The National Pitch Competition) qalibi kimi ölkəmizi Əbu-Dabidə təmsil edəcək. Komandanın kassa çeklərinin rəqəmsallaşması platforması layihəsi dünyanın 100-dən çox ölkəsindən olan startaplarla birgə investisiya qazanmaq üçün mübarizə aparacaq. Müxtəlif ölkələrdə keçirilmiş milli turun qalib startapları “AIM Congress” çərçivəsində beynəlxalq investorlardan 60 min dollara qədər investisiya qazanmaq üçün yarışacaqlar. “AIM Congress”də iştirak etmək həmçinin startaplara təcrübə mübadiləsi və əlaqələrini genişləndirmək imkanı verəcək. 

Qeyd edək ki, “AIM Congress”in Azərbaycan üzrə milli turuna "Pre-seed" və ya "Seed" mərhələsində olan 67 startap müraciət edib. Onların arasından seçilmiş “Remart”, “Sampler.az”, “BYQR”, “Kofeal”, “MovementAZ”, “MenzilPark”, “MiLoy”, “Recepta”, “Eathanos”, “Simic.App”, “Rawuser” və “Metatesk” aprelin 9-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və ABB İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə formalaşdırılmış münsiflər heyəti qarşısında layihələrini təqdim ediblər. 

Milli turun qalibinin "AIM Congress"də iştirak üçün aviabilet (gediş-dönüş), qonaqlama xərcləri qarşılanacaq və startapını təqdim etməsi üçün tədbir müddətində stend ayrılacaqdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment