1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Azərbaycanın turizm imkanları Moskvada nümayiş etdirilir
19.03.2024

Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 19-21 mart tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən 30-cu “MITT - beynəlxalq turizm və qonaqpərvərlik sənayesi” sərgisində nümayiş etdirilir.

Rusiya və MDB məkanı üzrə əsas turizm tədbirlərindən biri hesab olunan sərgidə ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, 13 yerli sənaye nümayəndəsi təmsil edir.

Stendi ziyarət edən sərgi iştirakçılarına Azərbaycanın turistik məkanları, milli mətbəx nümunələri, şərabçılıq, işgüzar turizm, sağlamlıq, ekoturizm, eləcə də qış turizmi imkanları, dağ-xizək mərkəzləri, UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmiş maddi mədəni irs nümunələrindən İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi, Qobustan qayaüstü rəsmləri mədəni landşaftı, Xan sarayı ilə birlikdə Şəki şəhərinin tarixi mərkəzi, Xınalıq kəndi və Köç yolu mədəni landşaftı haqqında ətraflı məlumat verilir. Turizm sənayesi nümayəndələri arasında keçirilən B2B görüşlərdə ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunur.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Rusiyadan 91 397 nəfər ziyarətçi gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21% artım deməkdir. 2023-cü ildə Rusiyadan gələn ziyarətçiləri sayı isə 2022-ci illə müqayisədə 39.9% artaraq 625 106 nəfərə çatıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment