1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın təsdiq edilməsi barədə
16.02.2024

 Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 31 yanvar 2024-cü il tarixli 06/4 nömrəli Qərarı ilə “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası” (Qayda) təsdiq edilmiş və 14 fevral 2024-cü il tarixindən qüvvəyə minmişdir. Xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında hüquqi şəxslər tərəfindən innovativ xidmət və məhsulların məhdud çərçivədə (ərazi, müddət, əməliyyatların sayı, həcmi, iştirakçıların sayı ilə bağlı və ya digər məhdudiyyətlər) və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsini tənzimləyən qaydalar toplusudur.

Qaydada xüsusi tənzimləmə rejiminində iştirak üçün müraciət edən hüquqi şəxslərə, habelə sınaqdan keçiriləcək məhsula dair tələblər, xüsusi tənzimləmə rejimində iştirak etmək hüququna xitam verən hallar, rejim iştirakçılarına qüvvədə olan maliyyə bazarlarını tənzimləyən qanunvericiliyin tətbiq edilməsi şərtləri və proseduru, rejim iştirakçılarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi və rejimin tətbiq edilə bildiyi maksimum müddət Mərkəzi Bank tərəfindən müəyyən olunmuşdur.

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün müraciətlərin qəbulu dövrü Mərkəzi Bank tərəfindən 1 ay əvvəl Mərkəzi Bankın rəsmi internet səhifəsində elan ediləcəkdir.

Qəbul olunmuş Qayda ölkəmizin maliyyə bazarlarında xüsusi tənzimləmə rejimində innovativ xidmət və məhsulların təqdim edilməsinə, bununla da ölkəmizdə maliyyə inklüzivliyinin artırılmasına, həmçinin maliyyə xidmətlərinin istifadəçilər üçün təhlükəsizliyinin və əlçatanlığının daha da yüksəldilməsinə xidmət edəcəkdir.

Yeni tələblər barədə daha ətraflı məlumatla link vasitəsilə tanış olmaq olar: https://e-qanun.az/framework/56351


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment