1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Gömrük əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər
09.02.2024

9 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Ə.Eyvazov adına Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı bölümünün birgə təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə “Qan ver, ümid ol” şüarı altında növbəti könüllü qanvermə aksiyası keçirilib. 

Tədbirin rəsmi açılışı hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev çıxış edərək, həssas insanlar qrupu üçün donor qanının həyati məsələ olduğunu, insanın öz sağlamlığı baxımından əhəmiyyətli olduğunu vurğulayıb və bu nəcib təşəbbüsə qoşulan gömrükçülərə minnətdarlıqlarını bildirib. 

Aksiyada Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Əməliyyat və İstintaq Baş İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi və Mərkəzi Gömrük Hospitalının əməkdaşları olmaqla, ümumilikdə 158 nəfərdən çox gömrükçü qan verib. Tədbirin rəsmi açılışı hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, İnzibati İdarəetmənin Təşkili şöbəsinin baş inspektoru Minarə Qafarova, Mərkəzi Gömrük Hospitalının Qan bankı şöbəsinin rəisi Gülnar Xəlilova iştirak ediblər. 

Qanvermə aksiyası zamanı həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Donorlar bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndirib və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.Qeyd edək ki, tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment