1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının həkimi, ürək-damar cərrahı Kənan Əsədov
11.01.2024

Mərkəzi Gömrük Hospitalının pasiyentlərinə qarşı çox diqqətcil, qayğıkeş həkim, ürək-damar cərrahı  Kənan Əsədovu “Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə təqdim edirik.

Dr.KƏNAN ƏSƏDOV Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində neonatal və pediatrik ürək cərrahiyyəsi, aort cərrahiyyəsi, qazanılmış ürək xəstəliklərinin cərrahiyyəsi, minimal invaziv ürək cərrahiyyəsi, TAVİ, aorto koronar şuntlama əməliyyatı, EKQ, holter monitorinqi, intaortik balon pompasının tətbiqi və digər prosedurları həyata keçirir.Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/kenan-esedov/#gsc.tab=0.

Kənan həkim 2005-ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirmiş, 2005-2006-cı illərdə ATU-nun pediatriya ixtisası üzrə internatura təhsili almış, 2008-2010-cu illərdə Stavropol Tibb Akademiyasında torakal cərrahiyyə ixtisası üzrə kliniki ordinatura keçmişdir.

O, əmək fəaliyyətinə 2007-ci ildə özəl tibb müəssəsində kiçik həkim-pediatr kimi başlamış, 2010-2011-ci illərdə özəl tibb müəssəsində torakal cərrah, 2011-2018-ci illərdə dövlət tibb müəssəsində ürək-damar cərrahı kimi fəaliyyət göstərmişdir. Dr.Kənan Əsədov 2018-ci ildən Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində ürək-damar cərrahı kimi fəaliyyət göstərir. O, 2018-ci ildə həyata keçirdiyi uğurlu əməliyyata görə Dövlət Sərhəd Xidməti tərəfindən Fəxri fərmana layiq görülmüşdür.

Dr.Kənan Əsədov dünya mətbuatında kardiologiyaya dair ən yeni nailiyyyətləri izləyən və öyrənən, Azərbaycanda və qardaş Türkiyədə keçirilən konqreslərdə yaxından iştirak edən, bilik və bacarıqlarını daim artıran ürək-damar cərrahıdır. Belə ki, 2015-ci ildə ürək-damar cərrahı sertifikatı almış, 2022-ci ildə  Türkiyənin Antalya şəhərində Türkiyə Pediatrik Kardioloji və Ürək Damar Cərrahiyyəsi Dərnəyinin təşkilatçılığı iləkeçirilən “Milli Pediatrik Kardioloji və Pediatrik Ürək Cərrahiyyəsi” konqresində iştirak etmişdir. Azərbaycan Kardiologiya Assosiasiyasının üzvüdür.Dr.Kənan Əsədovun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment