1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Findoc platforması sahibkarlar üçün də istifadəyə açılıb
07.12.2023

Azərbaycan Kredit Bürosu (Büro) tərəfindən hazırlanmış rəqəmsal kredit tarixçəsi platforması - Findoc portalında yeni xidmət istifadəyə təqdim edilib. Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış platformada artıq vətəndaşlarla yanaşı hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər də özləri barədə toplanmış bütün məlumatlara çıxış imkanı əldə edəcəklər.

Hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin Findoc portalı tərəfindən təqdim edilən xidmətlərdən yararlanmaq üçün gücləndirilmiş elektron imza (Asan İmza) ilə https://findoc.az/ linkinə daxil olaraq razılıq ərizəsini imzalamaları tələb olunur. 

Portal vasitəsilə müvafiq istifadəçilərə hal-hazırda təklif edilən xidmətlər aşağıdakılardır:

- kredit hesabatına baxış;

- kredit hesabatının PDF formatında əldə edilməsi;

- kredit hesabatının Asan İmza ilə imzalanmış formada əldə edilməsi;

- kredit hesabatının AKB-nin rəsmi emailindən digər e-mail ünvanına yönləndirilməsi; 

- kredit tarixçəsinin mübahisələndirilməsi.

Kredit hesabatı istifadəçilərə il ərzində iki dəfə tam ödənişsiz təqdim edilir.

Ödənişsiz sorğu limiti bitdikdən sonra göstərilən xidmətlərdən yararlanmaq üçün hər bir məhsul üzrə fərdi qaydada ödəniş və ya daha sərfəli olan abunəlik paketlərindən istifadə imkanı mövcuddur.

Müvafiq ödənişlər Portal üzərindən və nağdsız qaydada həyata keçirilir.

Portal real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir.

Xatırladaq ki, Büro 15 yanvar 2018-ci il tarixində yaradılmışdır. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanılmasını, saxlanılmasını, təhlilini, kredit hesabatlarının formalaşdırılmasını, borcalanlara fərdi reytinqlərin verilməsini və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.

Hazırda Büroya qoşulmuş təşkilatların sayı 230-dan artıqdır.

Findoc – sənin kredit hekayən.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment