1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


SİF açıq tender elan edir
05.12.2023

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu mərkəzi istilik sisteminin (kondisionerin) təmiri ilə bağlı ehtiyat hissələri və xidmətlərin satınalınması məqsədi ilə açıq tender elan edir

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının  https://www.etender.gov.az/ vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar  müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı 100 manatdır.

        İştirak haqqı heç bir halda geri qaytarılmır.

         İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-        tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-        tender təklifi dəyərinin 1 faizi  həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox);

-        Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

-        iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-        iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-        iddiaçının tam hüquqi adı, statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-        malgöndərənin (podratçının) ixtisas göstərcilərinə aid məlumat;

-        Sahibkarlıq subyekti kateqoriyasına dair məlumat;

-        Tenderin Əsas şərtlər toplusunda qanunvericilikdə nəzərdə tutulan və tələblərindən irəli gələn digər sənədlər.


Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər.Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə aid sənədləri 25 dekabr 2023-cü il saat 17.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 05 yanvar 2024-cü il saat 17.00-dək portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 08 yanvar 2024-cü il saat 17.00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

İddiaçılar E-şərtlər toplusunu 04.12.2023 tarixində, saat 17:55-dən sonra əldə edə bilərlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment