1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ASK-nın təşkilatçılığı ilə sahibkarların Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovla görüşü keçirilib
04.12.2023

ASK-nın Təşkilatçılığı Ilə Sahibkarların Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovla Görüşü Keçirilib

Dekabrın 2-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə sahibkarların Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovla görüşü keçirilib.

Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq bölmələrinin rəhbər şəxsləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Konfederasiyanın Baş katibi Natəvan Məmmədova dövlət-özəl dialoqunun səmərəliliyi, bu platformanın iqtisadiyyatımızın inkişafındakı rolu barədə danışıb. O, tədbirdə kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən 100-ə yaxın sahibkarın iştirak etdiyini bildirib.

Nazir Məcnun Məmmədov açılış nitqində ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracı ilə bağlı artan dinamikanı qeyd edib və özəl sektorun bu sahədəki fikirlərini dinləməyə və əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev özəl sektorla qurulan bu əməkdaşlığa görə kənd təsərrüfatı nazirinə təşəkkürünü bildirib. O, görüşdə qaldırılan məsələlərin həllinə Konfederasiyanın müvafiq dəstəyi verəcəyini söyləyib.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, Konfederasiyanın vitse-prezidenti Zakir Nuriyev kənd təsərrüfatı sektorunun inkişafı ilə bağlı öz fikirlərini çatdırıblar.

Görüşdə çıxış edən sahibkarlar əsasən kənd təsərrüfatı məhsullarının emalı və emal edilmiş məhsulların satışı zamanı yaranan vergi məsələləri, eləcə də, aqrar məhsulların ixracı zamanı ƏDV-nin geri qaytarılması mexanizminin təkmilləşdirilməsi, ixrac bazarının genişləndirilməsi, qida zəncirinin qurulması, kadr çatışmazlığı, xammala güzəştlərin tətbiqi, dövlət dəstəyi mexanizmlərində keyfiyyət məsələlərinin nəzərə alınması, tez xarab olan kənd təsərrüfatı məhsullarının daxili və xarici bazarlara çatdırılmasındakı çətinliklər, işğaldan azad olunmuş ərazilərdə orqanik kənd təsərrüfatının inkişafı üçün imkanların yaradılması və sair məsələlərə toxunublar.

Görüşdə qaldırılam məsələlər  ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb. İştirakçılar dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi istiqamətində bu cür dialoq platformalarının genişləndirilməsinin vacibliyini qeyd ediblər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment