1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Elmi Konqres öz işinə davam edir
28.11.2023

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konqres öz işinə davam edir

Xəbər verdiyimiz kimi, 27 noyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun, “Humana” və “World Medicine” şirkətlərinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konqresi öz işinə başlamışdı. Konqres noyabrın 28-də “Neonatologiyada və pediatriyada yeniliklər” mövzsunda işini davam etdirir.

Tədbirin rəsmi açılış mərasimində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən Aynur Poluxova, BMT Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı Töhfə Cəmilova, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və   Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov çıxış ediblər.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov bildirib ki, Pediatriya mövzusunda konqresimizin də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilməsi heç də təsadüfi deyil. Bu böyük şəxsiyyətin müstəqil  Azərbaycanın inkişaf və tərəqqisində, bütün sahələrdə, o cümlədən səhiyyədə qazanılmış nailiyyətlərdə böyük əməyi və əvəzsiz rolu olmuşdur. Hazırda Ümummilli Liderin bu sahədəki siyasətini möhtərəm cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva uğurla davam etdirirlər.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov bildirib ki, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konqres  ölkəmizdə ana və uşaq sağlamlığı sahəsində göstərilən tibbi xidmətlərin yaxşılaşdırılmasına yönəlmiş səylərə dəstək vermək məqsədi daşıyır. O, qeyd edib ki, konqresin ikinci günü yenidoğulmuşların və uşaqların sağlamlığına həsr olunub. C.Məmmədov öz çıxışında həmçinin, pediatriya və neonatologiya üçün aktuallıq daşıyan bəzi mövzular ətrafında məlumat verib.

Bu gün konqresdə “Neonatologiya üzrə son məlumatlar” adlı I paneldə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov, Türkiyə Sağlık Bilimleri Universiteti Başakşehir Çam və Sakura Xəstəxanasını professoru Dr.Merih Çetinkaya,  Sağlık Bilimleri Universitetinin professoru Dr.İlke Mungan Akın, Mərkəzi Klinikanın Pediatriya və Neonatologiya şöbəsinin müdiri Dr.Sevda Əsədova,  “Neonatal reanimasiyada mübahisəli və həssas məqamlar” adlı II paneldə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin rəisi Dr.Vüsal Cəfərov, Ankara Universiteti Tibb fakültəsinin professoru Dr.Ömer Erdeve, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Yenidoğulmuşların reanimasiya şöbəsinin mütəxəssisi Dr.Aynur Bağırova  və “Pediatriyada təcili və təxirəsalınmaz hallar adlı III paneldə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dos.İsmayıl Əfəndiyev, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının dosenti Dr.Nigar Hacıyeva, Mərkəzi Klinikanın pediatrı Dr.Sevda Mustafayeva təqdimatlarla çıxış edəcəklər. Təqdimatla ətrafında tədbir iştirakçılarının sualları cavablandırılacaq. Panellərin işi yekunlaşandan sonra konqres iştirakçıları üçün Kolposkopiya kursu keçiriləcək.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment