1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov “Kardiologiyada və ürək-damar cərrahiyyəsində müasir metodlar”
21.11.2023

Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov “Kardiologiyada və ürək-damar cərrahiyyəsində  müasir metodlar” mövzusunda beynəlxalq konfransda çıxış edib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi və  Mərkəzi Gömrük Hospitalının kardioloqu Günay Hətəmova 18 noyabr 2023-cü il tarixində Hacettepe Universitetinin Azərbaycandakı Baş ofisi olan İncir And Global Healtsh şirkətinin və Azərbaycan Endoskopik və Laparoskopik Cərrahlar Assosiasiyasının birgə təşkilatçılığı ilə  Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Kardiologiyada və ürək-damar cərrahiyyəsində  müasir metodlar” mövzusunda beynəlxalq konfransda iştirak ediblər. 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov konfransın rəsmi açılışında tədbir iştirakçılarını salamlayaraq, bildirib ki, konfransda kardiologiyada və kardiocərrahiyyədə  müasir metodlar mövzusunda müzakirələr aparılacaq və bu müzakirələrdə məqsəd ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarının vacib tərkib hissəsi olan ürək-damar xəstəlikləri ilə mübarizədə işimizin daha keyfiyyətli şəkildə vətəndaşlara çatdırılması üçün bilik və bacarıqlarımızın mübadiləsi olacaq. 

3 sessiyadan ibarət konfransın panel iclasında Dr.Rəşad Mahmudov “Ürəyin işemik xəstəliyi olan komorbid vəziyyətlərdə revaskularizasiya: hansı metod və nə üçün?” adlı məruzə ilə çıxış edib. Onun məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və Rəşad Mahmudov tədbir iştirakçılarının suallarını cavablandırıb.

Konfransda kardiyak görüntüləmənin üstünlükləri və potensial təhlükələri, kəskin cərrahi xəstəliklər zamanı yanaşı gedən ürək-damar xəstəlikləri, minimal invaziv təcrübələr haqqında məruzələr dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment