Azərbaycan Respublikasının Mərkəzi Bankının 10 oktyabr – 31 oktyabr tarixlərində təşkil etdiyi tədbirlərdə ARPA-nın 40 nəfərə yaxın üzvü “Maliyyə savadlılığı” nın komponentləri əsasında hazırlanmış proqramda iştirak etmişdilər.
Proqrama daxil olan mövzular:
“Milli pul nişanları və onların saxtalaşdırılmasına qarşı mübarizə”
“Rəqəmsal ödənişlərdən istifadənin üstünlükləri”
“İstehlak kreditinin xüsusiyyətləri”
“Vətəndaşlar üçün sığorta”
“Əmanətlərin sığortalanması”
“Kapital bazarları/Qiymətli kağızlar”
“Kredit tarixçəsi”
Təlim iştirakçılarına Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin Maliyyə savadlılığı şöbəsinin aparıcı mütəxəssisi Fərəh Əliyeva tərəfindən Mərkəzi Bankın maliyyə savadlılığının artırılması istiqamətində hazırlanmış elektron resurslarları (www.infobank.az , www.edu.e-cbar.az , www.bizimpullar.az) barədə ətraflı məlumat verilmişdir. Təlimlər zamanı regionlarda fəaliyyət göstərən ARPA üzvlərinin də onlayn platformada mövzuları dinləmək imkanı təmin olunmuş, auditoriyanı maraqlandıran sualları cavablandırılmışdır.
ARPA ilə əməkdaşlıq çərçivəsində elektron resursların təşviqi, xüsusilə, Virtual Təhsil Platformasındakı kurslara ARPA üzvlərinin təmsil etdiyi təşkilatlardan auditoriya cəlb olunması nəzərdə tutulmuşdur.