1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Həkim endokrinoloq Naidə Novruzova
06.11.2023

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə xoş xasiyyəti, səmimi münasibəti, müsbət nəticəli müalicələri ilə pasiyentlərin etimadını və rəğbətini qazanmış həkim endokrinoloq Naidə Novruzovanı təqdim edirik.

Dr. NAİDƏ NOVRUZOVA Mərkəzi Gömrük Hospitalında hipertireoz (zəhərli zob), hipotireoz, düyünlü zob, qalxanvari vəzi xərçəngi, tireoditlər, qalxanabənzər vəzin anadangəlmə inkişafdan qalması, şəkərli diabet, şəkərli diabetin monitorinqi, insulin pompası ilə mualicə, hamiləliyə bağlı şəkərli diabet, hipoqlikemiya, piylənmə, dislipidemiyalar, osteoporoz (sümük əriməsi), sümük və kalsium metabolizmi, D vitamini əksikliyi, hirsutizm, böyrəküstü vəz xəstəliklərinin müalicəsini həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/naide-novruzova/#.

Dr.Naidə Novruzova 2008-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində Pavlov adına Dövlət Tibb Universitetinin müalicə işi fakültəsini bitirmiş, 2008-2009-cu illərdə Əfəndiyev adına Şəhər Klinik Xəstəxanasında internatura keçmişdir. Naidə həkim öz üzərində daim çalışan, bilik və bacarıqlarını artırmaq üçün dünya mətbuatını izləyən, tibb sahəsində dərc olunan yenilikləri öyrənib praktikada tətbiq edən yüksəkixtisaslı mütəxəssisdir. 

Naidə həkim 2012-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində "Endokrin patologiyalı xəstələrdə hamiləliyin planlaşdırılması və aparılması" kursunda, 2019-cu ildə Türkiyənin İzmir şəhərində Ege Universiteti Xəstəxanasında endokrinologiya sahəsi üzrə təkmilləşdirmə kursunda, 2020-ci ildə Bakıda Azərbaycan Endokrinologiya, Diabet və Terapevtik Təlimat Assosiasiyası, Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyəti və Azərbaycan Diabet Cəmiyyətinin birgə təşkilatçılığı ilə onlayn keçirilən III Azərbaycan Diabet konqresində, 2021-ci ildə Türkiyə Tiroid Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən IX Türkiyə Tiroid xəstəlikləri üzrə onlayn konqresdə, 2022-ci ildə Antalya şəhərində Türkiyə Endokrinoloji və Metabolizma Dərnəyinin təşkilatçılığı ilə keçirilən 43-cü Endokrinoloji və Metabolik Xəstəliklər konqresində, yenə həmin il Ankara şəhərində Türkiyənin Hacettepe Universitetinin Tibb Fakültəsi və Türkiyə Ege Universiteti Tibb Fakültəsinin, Türkiyə Diabet Cəmiyyətinin, Türkiyə Uşaq Endokrinoloji və Diabet Dərnəyinin təşkilatçılığı keçirilən IV Diabet Texnologiyaları Simpoziumunda iştirak etmişdir.

Dr.Naidə Novruzova 2016-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-endokrinoloq kimi çalışır. Dr.Naidə Novruzovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment