1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanda ilk dəfə qoltuqaltı və körpücükaltı damarlardan girilərək ürəyin aorta klapanı dəyişdirilmişdir
04.11.2023

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin kardioloqlar komandası tərəfindən 80 yaşlı pasiyent üzərində İcbari Tibbi Sığorta üzrə xidmətlər zərfi çərçivəsində fərqli üsulla TAVİ əməliyyatı uğurla icra edilib. Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq Dr.İlqar Tahiroğlu bildirib ki, qarın nahiyəsindən aşağıya doğru aorta damarı tıxanıqlığı izlənilən və ciddi damar problemi, eyni zamanda aorta klapanında ciddi darlıq əlamətləri olan 80 yaşlı xəstə hospitala daxil olmuşdur və onun üzərində fərqli üsulla TAVİ əməliyyatı icra edilməsi qərara alınmışdır. Əməliyyat Mərkəzi Gömrük Hospitalının İnvaziv Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq Dr.İlqar Tahiroğlu və Ürək-damar cərrahiyyəsi şöbəsinin ürək-damar cərrahı Kənan Əsədov tərəfindən aparılıb.

Adətən belə xəstələrdə TAVİ əməliyyatı zamanı ayaq damarlarından girilərək əməliyyat icra edilir. Bu xəstənin ayaq damarlarında ciddi tıxanıqlıq buna maneə yaratdığına görə, məcbur olaraq Azərbaycanda ilk dəfə qoltuqaltı və körpücükaltı damarlardan girilərək ürəyin aorta klapanı dəyişdirilmişdir. Pasiyentin vəziyyəti normaldır və o, 24 saat sonra evə göndərilib. 

Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində 2023-cü ilin sentyabr ayından etibarən İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində TAVİ əməliyyatı, qaraciyər və böyrək transplantasiyası əməliyyatları icra olunur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment