1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalinin həkimi “Medinex” sərgisinin təqdimat zonasında “Azərbaycanda transplantologiyanın inkişafı” panelində təqdimat edib
03.11.2023

Mərkəzi Gömrük Hospitalinin həkimi “Medinex” sərgisinin təqdimat zonasında “Azərbaycanda transplantologiyanın inkişafı” panelində təqdimat edib

Mərkəzi Gömrük Hospitalinin Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, cərrah-transplantoloq, t.ü.f.d. Dr.Mircəlal Kazımi 3 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində keçirilən 3-cü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgisinin təqdimat zonasında Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Tibbi İnnovasiyalar Forumunda “Orqan transplantasiyası və nə üçün” mövzusunda təqdimatla çıxış edib. 

Mircəlal həkim orqan transplantasiyasının sübutlu təbabətə əsaslanan bütün digər müalicə üsulları effekt vermədikdə insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün yeganə şans olduğunu qeyd edərək, bildirib ki, bu, cərrahiyyə əməliyyatı aparmaqla xəstəliyi olan şəxsdə olmayan və ya funksiyasını itirmiş orqanların donordan alınmış orqanlarla əvəz edilməsidir. 

Regionda ilk dəfə böyrək transplantasiyası əməliyyatının 1971-ci ildə məhz Azərbaycanda, akademik Mirməhəmməd Cavadzadə tərəfindən icra edildiyini deyən M.Kazımi, 2000-ci illərin əvvəllərində professor Dr.Kamal Abdullayevin də xarici mütəxəssislərlə birgə apardığı böyrək transplantasiyası  əməliyyatının uğurla başa çatmasından danışıb. Daha sonra, 2008-ci ildə Azərbaycan Respublikasında,  Cənubi Qafqazda, Orta Asiya və Qazaxıstanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatı Professor Dr.Murat Kılıç və Dr.Mircəlal Kazımi tərəfindən aparılmışdır. 

Dr.Mircəlal Kazımi çıxışında orqan transplantasiyası əməliyyatı üçün orqanların haradan alınması, canlıdan və meyitdən orqan köçürülməsi, bu prosedurların qanunla tənzimlənməsindən danışıb.Təqdimatların sonunda sual-cavab sessiyasında Dr.Mircəlal Kazımi forum iştirakçılarının suallarını cavablandırılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment