1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Efiopiya “ASAN xidmət” modelini tətbiq edəcək
03.11.2023

26 oktyabr – 4 noyabr 2023-cü il tarixində Efiopiya Federativ Demokratik Respublikasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

Efiopiya tərəfinin təşəbbüsü ilə baş tutmuş səfərin məqsədi “ASAN xidmət” konsepsiyasının öz ölkələrində tətbiqi istiqamətində müzakirələrin aparılması, eləcə də müvafiq istiqamətdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin çatdırılması, sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr ilə yaxından tanış olmaqdır.

Səfər proqramı çərçivəsində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə nümayəndə heyəti arasında görüş keçirilib. Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verilib. Şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunduğu diqqətə çatdırılıb. 

Dövlət Agentliyinin sədri Efiopiyaya səfərini məmnunluqla xatırladıb, bundan sonra da dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan təcrübəsinin bölüşülməsi istiqamətində dəstəyə hazır olduqlarını bildirib.

Nümayəndə heyətinə Dövlət Agentliyinin müxtəlif şöbələri tərəfindən geniş təqdimatlar da edilib.

Qonaqlar 3 və 7 saylı Bakı “ASAN xidmət” mərkəzlərinin, Şamaxı “ASAN Həyat” kompleksinin, Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin,  “ABAD”ın və ASAN Radionun fəaliyyəti ilə yaxından tanış olublar.

Səfərin nəticələrinə əsasən Efiopiyada  “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə əlaqədar yol xəritəsinin hazırlanması, eləcə də qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə əlaqədar razılığa gəlinib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment