1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dövlət Xidməti İsmayıllıda maarifləndirici tədbir keçirib
02.11.2023

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən İsmayıllı rayon 6 saylı orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə zərərli vərdişlərin fəsadlarına həsr edilmiş konfrans keçirilib.

Tədbirdə Dövlət Xidmətinin əməkdaşları ilə yanaşı bir sıra dövlət qurumlarının məsul şəxsləri iştirak edirdi. 

Tədbirdə çıxış edən Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov gənclər arasında vətənpərvərlik hisslərinin təbliği, onların həqiqi hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanması sahəsində görülən işlərdən danışıb. SHXÇDX-nin yerli struktur bölmələrinin təşkilatçılığı və aidiyyəti dövlət orqanlarının, ictimaiyyət nümayəndələrinin və həkim mütəxəssislərinin iştirakı ilə orta ümumtəhsil müəssisələrində “Narkomaniya və müasir gənclik”, “Narkomaniya cəmiyyətin qəddar düşmənidir”, “Narkomaniyaya qarşı hamılıqla mübarizə”, “Zərərli vərdişlərə yox deyirik”, “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat” mövzularında kütləvi tədbirlərin keçirildiyini vurğulayıb.

6 saylı məktəbin məzunu olmuş Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Anar Mirzəyev 44 günlük müharibə ilə bağlı xatirələrini bölüşüb. 

Konfransda çıxış edənlər orta ümumtəhsil məktəblərində təşkil edilən nümunəvi dərslərin, seminarların keçirilməsi zamanı sağlam həyat tərzinin təbliğinə, zərərli vərdişlərin insan sağlamlığına vura biləcəyi fəsadlara və hərbi xidmətə çağırışdan yayınmanın cinayət məsuliyyəti yaratmasına dair maarifləndirici söhbətlər aparılmasının əhəmiyyətini diqqətə çatdırıblar. 

Tədbirin sonunda bir neçə müharibə iştirakçısına “Vətən müharibəsi iştirakçısı” medalı təqdim edilib. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment