1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Yelo Bank 3 UNEC tələbəsinin ilk iş yeri olacaq
01.11.2023

Yelo Bank və UNEC-in birgə təşəbbüs layihəsi olan “Yelo Career Challenge” proqramı sona çatıb. 8 gün davam edən proqram Bankın rəhbər simalarının mentorluğu ilə müxtəlif təlimləri əhatə edib. Tədbirin yekun günü Yelo Bank-ın baş ofisində keçirilib. 

Əvvəlcə tələbələr üçün əyləncəli komanda quruculuğu oyunu təşkil edildi. İştirakçılar komandalara bölünərək onlara ayrılmış vaxt ərzində Formula 1 maşını düzəltdilər. Əyləncəli bağlanğıcdan sonra tələbələr üçün Yelo Bank-ın rəhbər heyətinin müşayiəti ilə ofis turu təşkil edildi. Sonda isə bütün iştirakçılara sertifikatlar təqdim edildi. Proqram elan olunandan böyük marağa səbəb olmasının digər səbəbi isə layihənin sonunda müsahibələri uğurla başa vuracaq iştirakçılara Yelo Bank-da ödənişli təcrübə imkanının verilməsi idi. Proqramın bağlanış tədbirində bu 3 iştirakçı müəyyənləşdirilərək Yelo komandasının üzvü oldular.

Bu kimi layihələrə dəstək göstərməklə, Yelo Bank yüksək potensiala malik kadrların birbaşa universitetlərdən iş həyatına cəlb olunmasına çalışır. Hər zaman gənclərə dəstəyi ilə seçilən Yelo Bank gələcəkdə də onların karyera inkişafına dair layihələrin təşkilatçısı qismində çıxış edəcək.

Yelo Bank təcrübə proqramı ilə bağlı əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment