1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ASAN müraciət”in əhatə dairəsi genişləndirilib
01.11.2023

“ASAN müraciət” mobil tətbiqi vasitəsilə Bakı şəhəri (ölkə ərazisi) üzrə də vətəndaşlar ictimai xarakter daşıyan  problem və çatışmazlıqları göndərə bilərlər.

“ASAN müraciət” Azərbaycan Respublikasının Prezidentinin 21 avqust 2020-ci il 2232 nömrəli  Sərəncamı əsasında yaradılıb. İnformasiya sistemi və onun mobil tətbiqi ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı müraciətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edir. 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 dekabr 2021-ci il 386 nömrəli qərarı ilə “ASAN müraciət” informasiya sistemi haqqında” Əsasnamə təsdiq olunub. Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sistemin sahibi olaraq onun fəaliyyətinin təşkilini və idarəolunmasını həyata keçirir.

Müraciətlər qurumlara sistem vasitəsilə bir iş günü ərzində göndərilir və müraciətlərə baxılmasının nəticəsi barədə məlumatlar aidiyyəti qurum tərəfindən sistemə əlavə olunur. 

Sistemin fəaliyyətində iştirak edən qurumlar aşağıdakılardır:

- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 

-Yerli icra hakimiyyəti orqanları 

-Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

- Dənizkənarı Bulvar İdarəsi

- “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

- “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

- “Azərsu” Açıq Səhmdar Cəmiyyəti  

- “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 

- “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi 

- Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti

- Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti

- "Bakı Metropoliteni" QSC

- "Azərbaycan Dəmir Yolları" QSC

- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi

- Azərbaycan Respublikası Energetika Nazirliyi

- Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 


“ASAN müraciət” informasiya sistemi 2022-ci il sentyabr ayında dərc edilən BMT-nin Dövlət Xidmətlərində İnnovasiyalar üzrə Cənub-Cənub Şəbəkəsi (SS4NPSI) tərəfindən ən yaxşı 15 rəqəmsal həll siyahısına daxil edilib. 


“ASAN müraciət” mobil tətbiqindən istifadə qaydaları ilə bağlı məlumatı 9108 Çağrı Mərkəzindən əldə etmək mümkündür.

Mobil tətbiqi “Android” və “iOS” əməliyyat sistemlərindən yükləmək mümkündür:

“Android”:  https://bit.ly/45QLFL7

“iOS”: https://bit.ly/3u2Mval

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment