1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dr.Kamran Beydullayev
01.11.2023

“Həkimlərimizi tanıyın!” rubrikamızda Dr.Kamran Beydullayevi təqdim edirik.

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə transplantasiya sahəsində bir çox ilklərə və yeniliklərə imza atan ümumi cərrah və cərrah transplantoloq Kamran Beydullayevi təqdim edirik.

Dr. KAMRAN BEYDULLAYEV Mərkəzi Gömrük Hospitalında qaraciyər və böyrək transplantasiyası əməliyyatlarını icra edir, öd kisəsi və öd yolları, mədəaltı vəzi əməliyyatları, mədə, nazik və yoğun bağırsaq və proktoloji əməliyyatları, yırtıqlar, endokrin vəzi xəstəlikləri əməliyyatlarını, böyrəküstü vəzi əməliyyatlarını həm açıq, həm də laparoskopik yolla həyata keçirir. Laparoskopik üsulla aparılan əməliyyatlara böyrək transplantasiyası zamanı icra edilən donor əməliyyatı da daxildir. 

Dr.Kamran Beydullayev 1996-cı ildə Azərbycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra cərrahiyyə üzrə internatura təhsili almış və 2002-2007-ci illərdə Səudiyyə Ərəbistanı Prince Nasir Bin Saad Al Sudairi Hospitalında cərrah-rezident kimi çalışmışdır. 2007-ci ildə imtahanlarını müvəffəqiyyətlə verərək İngiltərə Kral Cərrahlar Kollecinin ümumi cərrahiyyə diplomunu almışdır. O, 2008-2009-cu illərdə Türkiyənin İzmir şəhərində orqan transplantasiyası üzrə təlim keçmişdir. 

Dr.Kamran Beydullayev 2007-2018-ci illərdə özəl tibb müəssisəsinin Orqan transplantasiyası şöbəsində həkim-cərrah kimi çalışmış, 2018-ci ildən etibarən isə Mərkəzi Gömrük Hospitalının Сərrahiyyə və orqan transplantasiyası şöbəsində cərrah-transplantoloq kimi fəaliyyət göstərir. O, müxtəlif elmi konfranslarda posterlərlə, elmi çıxışlarla iştirak edib və 20-ə yaxın elmi məqalənin müəllifidir. Avropa Orqan Transplantasiyası Cəmiyyətinin və Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin üzvüdür. 

Kamran həkimin bu yaxınlarda ABŞ-ın nüfuzlu “Elsevier” nəşriyyatının çap etdirdiyi “Transplantation Proceedings” jurnalında həmmüəlliflərdən biri olduğu 2 məqaləsi dərc olunub. MDB məkanında uşaqlarda qaraciyər transplantasiyası əməliyyatlarında donor əməliyyatını ilk dəfə Kamran həkim laparoskopik yolla icra edib. 

Dr. Kamran Beydullayevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/kamran-beydullayev/#.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment