1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Almaniyanın Menecerlərin Təlim Proqramına Azərbaycandan daha çox iştirakçının qatılması barədə razılıq əldə olunub
01.11.2023

Almaniyanın Menecerlərin Təlim Proqramına Azərbaycandan daha çox iştirakçının qatılması barədə razılıq əldə olunub 

Azərbaycan üzrə proqramın əlaqələndiricisi olan KOBİA-nın nümayəndələri proqramın 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak ediblər.

Azərbaycanda da uğurla tətbiq olunan Menecerlərin Təlim Proqramının bu il 25 illiyidir. Proqramın Azərbaycan üzrə əlaqələndiricisi olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Berlində proqramın 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak ediblər. 

Qeyd edək ki, Almaniyanın Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) tərəfindən həyata keçirilən proqram Azərbaycanla bərabər 16 ölkəni əhatə edir. Proqram çərçivəsində müxtəlif ölkələrdən olan biznes menecerlər idarəetmə bacarıqlarının inkişafına və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə yönəlmiş tədbirlərə qatılır, intensiv onlayn və oflayn təlimlər keçirlər. Bu proqram iqtisadiyyatın müxtəlif sektorlarının, o cümlədən yüksək texnolgiyaya əsaslanan istehsal və xidmət sahələrini dərindən öyrənmək və inkişaf etdirmək üçün imkanlar təqdim edir. Təlimlərə qoşulan özəl sektor nümayəndələri rəqəmsal və “yaşıl iqtisadiyyat”, səhiyyə, “Sənaye 4.0”, standartlaşma, “ağıllı kənd təsərrüfatı” kimi müxtəlif sahələrdə idarəetmə bacarıqlarını və beynəlxalq əməkdaşlıq imkanlarını inkişaf etdirirlər. Azərbaycan 2009-cu ildən proqramın aktiv iştirakçılarındandır. İndiyədək Azərbaycan üzrə proqramdan 600-ə yaxın sahibkar və menecer faydalanıb. 

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Almaniyanın Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi və GİZ nümayəndələri ilə görüşdə proqramın növbəti il üçün fəaliyyət planını müzakirə edib, Azərbaycandan olan iştirakçıların sayının artırılması, iqtisadiyyatımız üçün potensial sahələr üzrə təlimlərin təşkili barədə razılıq əldə edib. 

Proqramın 25 illiyinə həsr olunan tədbirdə Almaniyanın Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi tərəfindən proqram üzrə nəzərdə tutulan yeniliklər barədə məlumat verilib. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment