1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Sumqayıt Kimya Sənaye Parkında yeni fəaliyyətə başlayan istehsal müəssisələrinə mediatur təşkil olunub
25.10.2023

Oktyabrın 23-də Sumqayıt Kimya Sənaye Parkında açılış olan müəssisələr tərəfindən Sənaye Parkına 100 milyon manatdan artıq investisiya yatırılıb, 600-dək iş yeri yaradılıb.

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların Inkişafi Agentliyinin (İZİA) təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkında (SKSP) yeni fəaliyyətə başlayan istehsal müəssisələrinə mediatur təşkil edilib.

KİV nümayəndələrinə Sumqayıt Kimya Sənaye Parkının ümumi fəaliyyəti, görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, Parkda ümumi investisiyalarının həcmi təqribən 5,8 milyard manata yaxın 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb. Artıq qeydiyyata alınmış 38 rezidentdən 23-ü fəaliyyət göstərir. İndiyədək Parkın rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq satış həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi - təqribən 35%-i ixracın payına düşür. Sumqayıt Kimya Sənaye Parkında 2023-cü ilin 9 ayında 2,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 674,4 (32%) milyon manatlıq hissəsi ixrac edilib.

SKSP-də hazırda 6600-dən çox insan daimi işlə təmin olunub. Bundan əlavə mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 394 milyon manatdan artıq investisiyanın yatırılması, 2000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, bu günlərdə dövlət başçısı tərəfindən açılışı olan 3 müəssisə - “UPI - Universal Packing İndustry” QSC, “Azərbaycan Vanhong Ceramics Co.” MMC və “Novus Plastica” MMC - tərəfindən Sumqayıt Kimya Sənaye Parkına ümumilikdə 100 milyon manatdan artıq investisiya yatırılıb, 600-ə yaxın daimi iş yeri yaradılıb.

Təməli qoyulmuş “Çinar-Servis” İKF və “Kartaş Kimya” MMC tərəfindən isə ümumilikdə 30 milyon manatdan artıq investisiyanın yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bu müəssisələrin 2024-2025-ci illərdə fəaliyyətə başlaması planlaşdırılır.

Media mənsubları Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin keramik plitələr istehsalı müəssisəsində olublar. Bildirilib ki, Sənaye Parkının 20 hektardan çox ərazisində inşa edilmiş müəssisənin ümumi investisiya dəyəri 85 milyon manatdan çoxdur. Müəssisədə 484 nəfər daimi işlə təmin edilib. İllik istehsal gücü 18 milyon m2 olan zavodda müxtəlif ölçülərdə keramik plitələr (kafel, metlax) istehsal edilir.

“UPI - Universal Packing İndustry” MMC-nin qablaşdırma məhsullarının (qofro karton, fayl və s.) istehsalı müəssisəsində KİV nümayəndələrinə məlumat verilib ki, ümumi investisiya dəyəri 4,8 milyon manatdan artıq olan zavodda 20 çeşiddə məhsul istehsal olunur. Müəssisədə ilkin mərhələdə 50 nəfər daimi işlə təmin ediləcək. Növbəti mərhələdə isə işçi sayının 65 nəfərə çatdırılması nəzərdə tutulur.

Daha sonra “Novus Plastica” MMC-nin polimer qatqıların istehsalı müəssisəsində olan KİV nümayəndələrinin diqqətinə çatıdırılıb ki, zavod Sənaye Parkının 3,5 hektar ərazisində inşa edilib və burada iki növdə – polietilen borular üçün qara karbon konsentrat qatqısının və sənaye sahəsində qablaşdırmada istifadə edilən polietilen örtüklərin istehsalı həyata keçirilir. İnvestisiya kapitalı 12,1 milyon manatdan çox olan müəssisədə 50-dək insan daimi işlə təmin ediləcək.

Media nümayəndələri həmçinin, Sumqayıt Kimya Sənaye Parkının digər rezidentlərinin də layihələri barədə məlumatlandırılıblar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment