1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank-ın dəstəyi ilə keçirilən “Heydər Əliyev: 100 Mühəndislik hakatonu”nun qalibləri bəlli oldu
24.10.2023

Xəbər verdiyimiz kimi ölkənin birinci bankı Kapital Bank-ın baş sponsorluğu ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik  yubileyinə həsr edilmiş Mühəndislik hakatonu keçirilib. Ölkənin 21 ali təhsil müəssisəsinin tələbələri arasında baş tutan yarışmada 30 komanda 3 mövzu “Ekologiya və ətraf mühit”, “Nəqliyyat və logistika”, “Texnologiya və innovasiya” istiqamətləri üzrə verilən tapşırıqlara  maraqlı həllər təklif ediblər. 

Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan-Fransız Universitetində baş tutan intellektual yarışın qalibləri bəlli olub. Qaliblər Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” mövzusunda keçirilən tədbirdə elan olunub. 

Nəqliyyat və logistika istiqaməti üzrə “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-2”, Ekologiya və ətraf mühit istiqaməti üzrə “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 3”, İnnovasiya və texnologiya istiqaməti üzrə “Bakı Ali Neft Məktəbi -1” komandaları mükafatlandırılıb. Qalib komandalara Kapital Bank tərəfindən təyin olunan 2500 AZN dəyərində mükafatı bankın Data menecment idarəsinin Data texnologiyaları ekspert mərkəzinin lideri Tural Həmzəyev təqdim edib. 

Bundan başqa layihənin təşkilində dəstəyinə görə Kapital Bank təşəkkürnamə ilə təltif edilib. Təşəkkürnaməni İstedadların idarə edilməsi departamentinin lideri Aygün Musayevaya Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  rektor əvəzi Vazeh Əskərov təqdim edib. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment