1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank və “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi” arasında əməkdaşlıq memorandumu imzalandı
24.10.2023

Ölkənin birinci bankı Kapital Bank və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” arasında əməkdaşlıq memorandumu imzalanıb. 7 saylı Bakı “ASAN xidmət” mərkəzində baş tutan imzalanma mərasimində Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor  Fərid Hüseynov və “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov iştirak ediblər.

Sənəd çərçivəsində bütün lazımi inteqrasiyalar başa çatdıqdan sonra Birbank rəqəmsal bankında “ASAN xidmət” üçün onlayn növbə almaq və dövlət xidmətlərinin rüsumlarının ödənişini yerindəcə, mobil tətbiq vasitəsilə icra etmək mümkün olacaq. 

Tərəflər çıxışları zamanı qurumlar arasında əməkdaşlığı yüksək qiymətləndiriblər. “Bu əməkdaşlıq Azərbaycanda innovativ həllərin daha çox əhaliyə əlçatanlığını təmin edəcək. Bildiyiniz kimi, Kapital Bank 5 milyondan çox müştəriyə xidmət göstərir. Müştəriləmizi keyfiyyətli, rahat və sürətli bank xidmətləri ilə təmin etmək isə bizim başlıca hədəflərimizdən biridir. Son bir neçə il ərzində biz bank xidmətlərinin rəqəmsallaşması, nağdsız dövriyyənin artırılması və ümumilikdə bankla bağlı ehtiyacların yerində və sürətli qarşılanması üçün bir çox layihələr icra etmişik. Bunların heç biri müasir texnoloji həllərin, innnovasiyaların tətbiqi olmadan reallaşa bilməzdi. Sevindiricidir ki, müştərilərimiz tərəfindən də bütün yeniliklər müsbət qarşılanır və sektorun rəqəmsallaşması kifayət qədər sürətlə baş verir” Fərid Hüseynov çıxışında qeyd edib. 

Bu kimi əməkdaşlıqları yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov bildirib ki, “Kapital Bank-la uzunmüddətli və uğurlu əməkdaşlığımız var. Memorandum isə bizə innovasiyaların tətbiqində daha geniş imkanlar yaradacaq. Bütün innovativ və mobil həllərin tətbiqi müştərilərimiz üçündür. İnanıram ki, Kapital Bank-la birlikdə onlara daha geniş, səmərəli və rahat imkanlar təqdim edə biləcəyik”. 

İmzalanma mərasimi ilə yanaşı tərəflər “ASAN xidmət” mərkəzi, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi, “Bilim Bakı” Mərkəzi, eləcədə “iLAB” innovativ laboratoriyanın fəaliyyəti ilə tanış olublar. Sonra memorandum çərçivəsində gələcək əməkdaşlıqlar müzakirə edilib.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment