1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanlı startapçının hazırladığı rəqəmsal çeklər bir neçə xarici ölkədə tətbiq olunacaq
24.10.2023

Azərbaycanlı startapçının hazırladığı rəqəmsal çeklər bir neçə xarici ölkədə tətbiq olunacaq 

Azərbaycandan olan startapçı Rauf Heydərlinin rəqəmsal çeklərin tətbiqi ilə bağlı hazırladığı startap layihəsi ABŞ-da şərti patent alıb. Bu layihəyə görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) "Startap" şəhadətnaməsi alan startapçı Rauf Heydərli "vergiler.az"a müsahibəsində bildirib ki, icrasına 2022-ci ildə ABŞ-da başlanıldığı layihə çox qısa zamanda investisiya cəlb edə bilib. Layihə rəqəmsal çekləri müştərilərə həm bank tətbiqləri vasitəsilə, həm də birbaşa çatdırmağı nəzərdə tutur.

R.Heydərlinin sözlərinə görə, kağız çeklərin hazırlanmasına dünya üzrə hər il 4 milyard ABŞ dollarından artıq vəsait xərclənilir. Azərbaycanda isə sahibkarlar kağız çeklərin alınmasına il ərzində 100 milyon manatdan çox sərf edirlər. Bu layihənin tətbiqi nəticəsində sahibkarlar həmin xərclərdən xilas ola bilərlər: "Rəqəmsal çeklərin istifadəsi yalnız kağıza qənaət baxımından səmərəli deyil. Layihə imkan verir ki, rəqəmsal çekin nüsxəsi birbaşa müştərinin e-bank tətbiqinə daxil olsun. Bu gün ticarət mərkəzlərində alış-veriş edən şəxsə kağız çek verilir və o, çeki skan edəndən sonra ƏDV-ni geri alır.

Rəqəmsal çeklər olduqda isə müştəri həmin tətbiq vasitəsilə ƏDV-ni dərhal geri ala bilər. Bu həm də ona görə əhəmiyyətlidir ki, istifadəçi bütün çeklərini bir tətbiqdə toplaya bilir və istədiyi zaman həmin çeklər onun üçün əlçatan olur. Müştəri hansısa malı geri qaytarmalı və ya dəyişməli olsa, həmin çeklə mağazaya müraciət edə bilər. Sahibkar isə müştərisinin alış-veriş vərdişlərini daha yaxşı qavraya və ona uyğun endirimlər tətbiq edə bilər”.

Startapçı hesab edir ki, gələcəkdə kağız çekləri tamamilə rəqəmsal çeklə əvəz etmək olar. Əgər qanunvericilik buna icazə verərsə, bu çeklər bərabərhüquqlu olacaq. Hazırda bir cox Avropa ölkələrində tamamilə rəqəmsal çeklərə keçidin başlandığını deyən R.Heydərli Azərbaycanda da bu sahədə böyük işlər görüldüyünü, rəqəmsal çeklərin tətbiqi üçün hazırda müvafiq dövlət strukturları ilə danışıqlar aparıldığını bildirib: “Layihə artıq Azərbaycanda da müvafiq ekspertiza mərhələsini keçib. Təklif etdiyimiz alət hər iki tərəf – həm müştəri, həm də sahibkar üçün cəlbedicidir. Stimullaşdırıcı tədbir kimi, rəqəmsal çeklərin sadə formasını sahibkarlara pulsuz təqdim etmək istəyirik, onlar da bunu alış-veriş zamanı tətbiq etsinlər və əgər çekin üzərinə hər hansı reklam, müştərilər üçün xidmət sorğusu kimi məlumatları yerləşdirmək istəyirlərsə, bunun üçün bizə vəsait ödəsinlər”.

R.Heydərli qeyd edib ki, Azərbaycanda 200.000 dollar məbləğində investisiya yatırılan layihə Avropa Yenidənqurma və İnkişaf Bankından da qrant alıb, eyni zamanda Türkiyədə Viza İnnovasiya proqramının iştirakçısı olub. Layihənin reallaşdırılması üçün ABŞ və Azərbaycanla yanaşı, Puerto-Rikoda aktiv işlərə başlanılıb, paralel olaraq, Dubay və Türkiyədə də icrasına başlamaq üçün işlər görülür: “Onu da deyim ki, 200 min dollardan əlavə, Azərbaycanın yerli investorlarının birindən də 500 min dollarlıq investisiya almışıq və hazırda investisiya raundunu bağlamağa çalışırıq. Bu investsiya bizə Dubayda və Türkiyədəki fəaliyyətə başlamaq üçün lazım olacaq. Dubayda artıq yerli pos-terminal şirkətlərindən biri inteqrasiya prosesinə başlayıb. Sevindirici haldır ki, xarici investorların bu layihəyə böyük marağı var”.

https://vergiler.az/news/economy/26469.html

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment